Metodiki məktub Qax-2017 Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin



Yüklə 192,63 Kb.
səhifə4/7
tarix10.01.2022
ölçüsü192,63 Kb.
#108958
1   2   3   4   5   6   7
Xocalı soyqırımı
"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" Xocalı yarası qəlbimizi həmişə sızladacaq.

Ümummilli lider Heydər ƏLİYEV
"Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi"

Prezident İlham Əliyev
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə "DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.

Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankədidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya,Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.

Bu il Xocalı faciəsinin 25- ci il dönümüdür. Hazırda respublikamızın hər yerində bununla əlaqədar silsilə tədbirlər keçirilir. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının qəhrəmanlıq səlnaməsini təbliğ etmək üçün kitabxanalar qarşısında müəyyən vəzifələr durur. İlk növbədə bütün kitabxanalarda Xocalı faciəsinə həsr olunmuş tədbirlər planı tərtib edilməlidir. Tədbirlər planında əyani və şifahi təbliğat formalarından: foto sərgi, kitab sərgisi, dəyirmi masa , məruzə , kitab müzakirəsi, ədəbi - bədii kompazisiya,oxucu konfransı, məlumat həftəsi və sair kimi formalarından önəmli şəkildə istifadə edilməlidir.

26 fevral-Xocalı soyqırımı! Bu tarixi günü günü hər il qeyd edirik.Belə tədbirləri keçimək bizim vətəndaşlıq borcumuzdur. Aşağıda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “ Tarixin qan yaddaşı“ adlı ədəbi – bədii kompazisiyanın ssenarisini təqdim edirik.

Səhnə qərənfillərlə bəzədilir. Səhnənin orta divarından Azərbaycanın bayrağı ilə yanaşı qara bayraq da asılır. Xocalı faciəsi ilə bağlı sitatlar səhnənin divarında öz əksini tapır.Tədbir matəm mahnısının sədaları altında başlanır. Aparıcılar səhnəyə daxil olur.


Tarixin qan yaddaşı”

Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Aparıcı

XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr

kimi daxil olmuşdur.

Xocalı faciəsi bu qanlı dəryanən ən dərin, sarsıdıcı,işgəncəli, yırtıcılıq və işgəncələrlə dolu sirvəsi sayıla bilər


Bu dağların qoynunda yaşıl bir kənd varıydı

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.

Neçə dodağı şəkər, söhbəti qənd varıydı,

Neçə incəbül gözəl, zülfi kəmənd varıydı.

Yoxdu daha, nağıldı,

İtdi,batdı,dağıldı

Mənim şirin qafiyəm, mənim üçcə hecalım

Xocalım ay Xocalım.


Bu faciə ilə bağlı ürək sözlərini demək,fikirlərini bölüşmək üçün

söz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin

sədri --------verilir. --------müəllim Qarabağ hadisələri və Xocalı faciəsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Aparıcı
Biz kitabxana işçiləri həmişə çalışırıq ki, tələbələri,

məktəbliləri öz tədbirlərimizə cəlb edək. Bu günkü tədbirimizdə

Qax şəhər ------saylı məktəbin müəllim və şagirləri iştirak edir, onlar tədbirdə Xocalıya, doğma vətənə aid şerlər söyləyəcək, erməni cəlladlarının vəhşiliklərini əks etdirən kompazisiya göstərəcək və bayatılar söyləyəcəklər.


Yüklə 192,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin