Metodiki məktub Qax-2017 Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin



Yüklə 77.58 Kb.
tarix21.06.2018
ölçüsü77.58 Kb.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Qax rayon MKS-nin metodiki-biblioqrafiya şöbəsi

c:\users\user\desktop\xoca.jpg
Xocalı faciəsi-tarixdə qalan ləkə
Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş

metodiki məktub

Qax-2017

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında
Azərbaycan Respublikası Prezidentinin

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.

Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almamışdır.

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2017-ci il.

Xocalı faciəsindən 25 il keçir.

Xocalı faciəsinin iyirmi beşinci ildönümü dövlət səviyyəsində qeyd olunacaq.

Prezident İlham Əliyev yanvarın 24-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib və şəhəri yerlə yeksan edib.

Sərəncama görə, Prezident Administrasiyası Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbirlər planını hazırlamalı, həmin panın həyata keçirilməsini təmin etməlidir.



Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ombudsman Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər, şəhər yerlə-yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb.

Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə pozulub.

Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adıçəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almayıb, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli cəzalarını almayıb və bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı rejimi tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək əsas hüquqları kobudcasına pozulub.

Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürüb, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Belə ki, 2016-cı il aprelin 2-də işğal olunmuş Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalimizin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıb. Bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub, bu da ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilib.

Bəyanatda deyilir ki, ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.

Eyni zamanda, Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilib və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilir.

Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.

Lakin Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, bu cinayəti törədənlərin cəzalandırılmaması təəssüf və hiddət hissi doğurur.

“Xocalı faciəsinin 25-ci ildönümü günlərində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək bildirirəm ki, ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin tezliklə ədalətli cəzalarını alması üçün səyləri artırmağa çağırıram.

Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin qərarlarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”, - deyə ombudsman bəyanatda qeyd edir.
Xocalı soyqırımı
"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" Xocalı yarası qəlbimizi həmişə sızladacaq.

Ümummilli lider Heydər ƏLİYEV
"Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi"

Prezident İlham Əliyev
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə "DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.

Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankədidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya,Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.

Bu il Xocalı faciəsinin 25- ci il dönümüdür. Hazırda respublikamızın hər yerində bununla əlaqədar silsilə tədbirlər keçirilir. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının qəhrəmanlıq səlnaməsini təbliğ etmək üçün kitabxanalar qarşısında müəyyən vəzifələr durur. İlk növbədə bütün kitabxanalarda Xocalı faciəsinə həsr olunmuş tədbirlər planı tərtib edilməlidir. Tədbirlər planında əyani və şifahi təbliğat formalarından: foto sərgi, kitab sərgisi, dəyirmi masa , məruzə , kitab müzakirəsi, ədəbi - bədii kompazisiya,oxucu konfransı, məlumat həftəsi və sair kimi formalarından önəmli şəkildə istifadə edilməlidir.

26 fevral-Xocalı soyqırımı! Bu tarixi günü günü hər il qeyd edirik.Belə tədbirləri keçimək bizim vətəndaşlıq borcumuzdur. Aşağıda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “ Tarixin qan yaddaşı“ adlı ədəbi – bədii kompazisiyanın ssenarisini təqdim edirik.

Səhnə qərənfillərlə bəzədilir. Səhnənin orta divarından Azərbaycanın bayrağı ilə yanaşı qara bayraq da asılır. Xocalı faciəsi ilə bağlı sitatlar səhnənin divarında öz əksini tapır.Tədbir matəm mahnısının sədaları altında başlanır. Aparıcılar səhnəyə daxil olur.


Tarixin qan yaddaşı”

Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Aparıcı

XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr

kimi daxil olmuşdur.

Xocalı faciəsi bu qanlı dəryanən ən dərin, sarsıdıcı,işgəncəli, yırtıcılıq və işgəncələrlə dolu sirvəsi sayıla bilər


Bu dağların qoynunda yaşıl bir kənd varıydı

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.

Neçə dodağı şəkər, söhbəti qənd varıydı,

Neçə incəbül gözəl, zülfi kəmənd varıydı.

Yoxdu daha, nağıldı,

İtdi,batdı,dağıldı

Mənim şirin qafiyəm, mənim üçcə hecalım

Xocalım ay Xocalım.


Bu faciə ilə bağlı ürək sözlərini demək,fikirlərini bölüşmək üçün

söz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin

sədri --------verilir. --------müəllim Qarabağ hadisələri və Xocalı faciəsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Aparıcı
Biz kitabxana işçiləri həmişə çalışırıq ki, tələbələri,

məktəbliləri öz tədbirlərimizə cəlb edək. Bu günkü tədbirimizdə

Qax şəhər ------saylı məktəbin müəllim və şagirləri iştirak edir, onlar tədbirdə Xocalıya, doğma vətənə aid şerlər söyləyəcək, erməni cəlladlarının vəhşiliklərini əks etdirən kompazisiya göstərəcək və bayatılar söyləyəcəklər.

Söz verilir------
Vətən kimlərindir soruşdu Xəndan,

Söylədim: müqəddəs nə var ki ondan?

Duy onu könüldən, sev onu candan,

O, candan, könüldən heyranlarındır!


Vətən döyüşlərə girib nər kimi,

Mehdilər,Gəraylar, Həzilər kimi,

Odlardan adlayıb, səməndər kimi,

Özünü odlara vuranlarındır!


Tədbirdə iştirak edən -------söz alaraq Xocalı faciəsi ilə bağlı yazdığı “Nur babanın hekayəti, boz köpəyin etibarı” adlı poeması haqqında tədbir iştirakçılarına ətraflı məlumar verdi. Adi köpəyin belə ermənilərdən etibarlı, sadiq olduğunu anlartdı. Ermənilər uzun illər çörəyini yeyib, suyunu içdiyi torpağa, onlara hər cür qayğını, yardımı

göstərən insanlara qarşı ağılasığmaz vəhşiliklərə yol verdilər.


Söz verilir--------

O fevral gecəsi şaxtalı bir gün,


Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.

Dünyada heç belə qırğın olarmış?!


İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.

Cavana,qocaya,hətta körpəyə,


Aman vermədilər heç bir ürəyə.
Onların bayrağı o gün düzəlmiş,
Süngüyə keçilmiş körpələr imiş!

Həm anaq,anlayaq,unutmayaq biz,


Dünyada yaransın qara himnimiz.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır,bu matəm günü!

Aparıcı
Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşaməş,

ən əziz adamlarını itirmiş insanlar məğrurdurlar, mərddirlər.

Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu bir daha xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir.

İndi məktəblilərin ifasında hazırlanmış, erməni vəhşiliyini əks etdirən kompazisiyaya tamaşa edək.


Aparıcı
Xocalı faciəsi xalqımıza qarşı analoqu olmayan soyqırımdır.Bu faciə xalqımızın tarixində qara bir ləkədir, bugün xocalı faciəsini tanımıram deyən, ona biganə qalan Azərbaycanlı yoxdur.

Artıq bir çox dünya dövlətləri xocalı faciəsindən xəbərdardır. Xocalı soyqırimı özünün dəhşətləri ilə yaddaşlardan silinməyəcək. Çünki bu elə bir dəhşətdir ki, yaddaşdan silinə bilməz.

Dərdli Qarabağn nakam gözəli,

Açılmayan xoş baharım Xocalım.

Sinəmdə sən adlı yaram göyərir,

Göyləri yandırır ahım Xocalı.


Tədbirdə iştirak edən, müxtəlif təşkilatların nümayəndələri bu faciə ilə bağlı öz ürək sözlərini dedilər.

Söz verilir--------. Zəlimxan Yaqubun “Xocalım ay xocalım” şeri

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.

Mənim şirin qafiyəm, mənim üçcə hecalım,


Xocalım, ay Xocalım!

Ağzından alov saçan silahlar yedi səni,


İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!

Neçə ki yer üzündə yamanlar, pislər yaşar,


İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!

Quruyub cadar olmuş dodaqlara nə deyim?


Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xoclım, ay Xocalım!.......

.......Yerbəyer eləməmiş sevincimi, dərdimi,


Bir-birindən seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
XOCALIM, ay XOCALIM!!!

Hörmətli tədbir iştirakçıları bu il faşizim üzəində qələbənin -----ildönümünü qeyd edəcəyik. O zaman sovetlər birliyinin tərkibində olan Azərbaycan oğulları cəbhədə qəhrəmanlıqlar göstərmiş, Sovet İttifaqı

Qəhrəmanı kimi fəxri ada layiq görülmüşlər.

Azərbaycan həmişə öz qəhrəman oğulları ilə fəxr etmişdir.

Arzu edək ki, tezliklə müstəqil, azad Azərbaycanın üç rəngli bayrağı Şuşanın, Xankəndinin, Ağdamın, şəhid olmuş Xocalının başı

üzərində dalğalansın. Yalnız o zaman Azərbaycannın mili qəhrəmanlarının, bu yolda şəhid olmuş oğullarımızın, şəhidlərimizin ruhları hüzura qovuşar.

Birləşib qələbə çalmasaq əgər,

Sənin qisasını almasaq əgər,

Demək nə dövlətik, nə xalqıq onda;

Batarıq zamanın burulğanında...

Bir də söyləyirəm, bir də Xocalı;
Bu qan qalmayacaq yerdə Xocalı!

Son

İstifadə olunmuş mənbə:
http://azertag.az/bolme/official_documents_orders

http://azertag.az/xeber



https://az.wikipedia.org/wiki/Xocalı

https://cetinbayramoglubaku.wordpress.com/2012/02/26/zelimxan-yaqub-xocalim-ay-xocalim/

http://www.seirler.com/xocali-faciəsi/



Tərtib etdi: metodiki-biblioqrafiya şöbəsinin müdiri Xəlilova Reyhan

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə