MetodiKİ VƏSAİt tәRTİb edәN : kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsinin müdiri: Hüseynova Kifayət


* * * Baxırsan, dondurur qanı, Hərə tərəf ölü, Xocalı



Yüklə 151,9 Kb.
səhifə10/14
tarix04.01.2022
ölçüsü151,9 Kb.
#56325
1   ...   6   7   8   9   10   11   12   13   14
    Bu səhifədəki naviqasiya:
  • Xocalı
* * *

Baxırsan, dondurur qanı,


Hərə tərəf ölü, Xocalı.
Yer qalıb, yerlisi hanı?
Sağ ikən ölü - Xocalı.

Bu nə gün millət yaşadı?


Zaman da heyrət yaşadı.
O gecə dəhşət yaşadı,
Kərbəla çölü, Xocalı.

Gözünü yumub cahana,


Hər vücud döndü zamana.
Yaralı Azərbaycana,
Daşan qan gölü, Xocalı.

* * * 

Dağ çəkibdilər sinənə,


Ağlama, Anam,ağlama!
Qıydılar neçə sənəmə,
Ağlama, Anam,ağlama!

Gözü önündə övladı,


Namərd düşmənin ovladı.
İçdi,türk qanın,doymadı,
Ağlama, Anam,ağlama!

Xocalı boyandı qana,
Qıyıldı,neçə gül cana?
Zaman da şahiddir ona,
Ağlama, Anam, ağlama!

Sığmır, idraka, ağıla,


De, kim inandı, dağıla?
Həqiqət döndü nağıla,
Ağlama, Anam, ağlama!

Nağılın sonunda bu, nə?


Göydən üç alma yerinə,
Güllə yağdı yer üzünə,
Ağlama, Anam, ağlama!

Boğdular,yurdumun ahın,


Düşmən kirlədi, sabahın.
Zaman dərk edir, günahın,
Ağlama, Anam, ağlama!

Gün-gündən Vətən yüksəlir,


Bu, düşmən bağrını dəlir.
Mübariz oğullar gəlir,
Ağlama, Anam, ağlama!

Coşqun ruh,bu ruha sən can,


Özün boyda, Azərbaycan!
Səsini,duyacaq cahan,
Ağlama,Anam,ağlama!


Xocalı Soyqırımına həsr olunmuş tədbirin ssenarisi

Tədbirin keçirildiyi məkan: 158 saylı tam orta məktəb

Tədbirin keçirildiyi tarix: 23 fevral 2018-ci il saat 15:00




Yüklə 151,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin