MetodiKİ VƏSAİt tәRTİb edәN : kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsinin müdiri: Hüseynova Kifayət



Yüklə 151,9 Kb.
səhifə6/14
tarix04.01.2022
ölçüsü151,9 Kb.
#56325
1   2   3   4   5   6   7   8   9   ...   14
Xocalı dəhşətləri bir kitabda

Xocalı haqqında kitab

Xocalı yaddaşı" kitabı işıq üzü gördü

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının “1905.az kitabı” seriyasından ikinci nəşri – “Xocalı Yaddaşı" kitabı işıq üzü görüb. Orijinal dizayn və nəfis tərtibatla çap olunan kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb.

Kitab AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib. Birinci bölüm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur.

Xocalı soyqırımından bəhs edən ikinci bölüm kitab içərisində kitab kimi verilib və digər bölümlərdən ayrılır. Bu bölümə Xocalı rayonu və şəhəri, Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımı ilə bağlı yazıları, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərlə bağlı söylədikləri ilə müşayiət olunur.

Üçüncü bölümdə Rusiyanın “Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəliyyəti, “Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.

Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını lentə alır

Bütün kitab boyu hadisələr müstəqil məna yükü daşıyan fotoxronikanın köməyi ilə oxuculara təqdim edilir.

Kitabda həmçinin, Xocalı soyqırımının şahidi olan insanlar, soyqırımın tədqiqatçısı olan alimlər, Xocalı faciəsinin incəsənətdə, ədəbiyyatda inikası ilə bağlı müsahibələr də yer alıb. Kitabda ilk dəfə olaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarından da istifadə etməklə Xocalı soyqırımı mövzusunda elmi, bədii və publisistik kitabların siyahısı verilib.



Xocalı mövzusuna geniş yer ayıran şair Elnur Coşqunun şeirlərini təqdim edirik. O, fevralı ayını yaradıcılığında `Xocalı ayı` elan edib. “Bəzən oxucular məndən soruşurlar: `Siz Qarabağdansınızmı?` Bu sual məni çaşdırır. Məncə, hamımız Qarabağdanıq”,- deyir Elnur.

O gecə göylər yerə


Narın qar ələyirdi.
Sanki Tanrısı yeri
Qüdrətindən biçdiyi
Kəfənə bələyirdi.

Nagah güllə səsindən,
Oyandı xocalılar.
O gecə...
Sükut qana boyandı.
Ahlar yaratdı,qorxu,
Ölüm adlı bir qoxu,
Sonsuz,əbədi yuxu,
Yumdu Vətən gözünü.

O gecə...


Atanın balasından,
Oğulun anasından,
Utandığı gecəydi.
O gün qara düşmənin,
Allahını dandığı,
Kinlə silahlandığı,
Ən iyrənc gecə idi.

O gecə necə idi?


Bunu bir Allah bilir,
Bir də orda çəkilən,
Qarda donan ah bilir.
Hələ ki o şaxtaya,
Əsirdir donan ahlar.
Hələ ki yuyulmayıb
O qırmızı günahlar.

Hələ ki yaşayırıq,


Bu dərdi ana-ana.
Anam Azərbaycana,
Vurulan bu ləkəni,
Silənədək yaşayaq!
Xocalının adını,
Ordaca qətl olunan,
Uşaq, qoca, qadını,
Yurdumun xoş gününə,
Bükənədək yaşayaq!

İnsanlığa yaxılan,


Bu ləkə silinməyə,
Kimin haqlı,ya haqsız,
Olduğu bilinməyə,
Çox zaman qalmayıbdı.
Kim cəza almayıbdı?
Tökdüyü qana görə.
O gecə göylər yerə,
Nifrət ilə baxırdı
O gecə yerdən - yerə,
İnsan qanı axırdı.
O gecə...




Yüklə 151,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin