«Mexanika və metallurgiya» kafedrası «ƏMƏk mühafiZƏSİ» fənnindən



Yüklə 0,58 Mb.
səhifə1/6
tarix16.06.2018
ölçüsü0,58 Mb.
#53793
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ

«Mexanika və metallurgiya » kafedrası


«ƏMƏK MÜHAFİZƏSİ» fənnindən
TEST-İMTAHAN TAPŞIRIQLARI
Qr.2116a, 1416a, 2115a, 1415a

Gəncə – 2017

ƏMƏK MÜHAFİZƏSİ” fənnindən test sualları



Bütün testlərdə düzgün cavab a) göstərilib.
1.Giriş təlimatı harada keçirilir.

A) Əmək mühafizəsi kabinetində

B) Baş mühəndisin kabinetində

C) Mexanik otağında

D) Mühasibat otağında

E) Gözətçinin otağında


2.İş yerində təlimatı kimlər keçə bilməz.

A) Mühasib

B) Usta

C) Usta köməkçisi



D) Sahə rəisi

E) Yüksək ixtisaslı işçi


3.İş yerində təlimat kimlərə keçilmir.

A) Təhlükəsizlik üzrə mühəndisə

B) Bölmədən digərinə keçirilənə

C) Ezamiyyətə gələnə

D) İstehsalat praktikasına gələnə

E) İşə yeni qəbul edilənə


4.Giriş təlimatı müəssisəyə yeni qəbul edilən kimlərə keçilmir.

A) Yoldan keçənlərə

B) Orta təhsillilərə

C) Savadı olmayanlara

D) Həmin sahə üzrə uzun müddət işləmişlərə

E) Ali təhsillilərə


5.Təkrar təlimat ən azı neçə aydan bir keçirilməlidir.

A) 3 ay

B) 2 ay

C) 1 ay


D) 4 ay

E) 6 ay
6.Təkrar təlimatı hansı şəxs keçir.

A) İş sahəsinin rəhbəri

B) Baş mühəndisi

C) Təhlükəsizlik üzrə mühəndis

D) Həmkərlar ittifaqının sədri

E) Müəssisənin rəhbəri
7.Növbədənkənar təlimat hansı halda keçilmir.

A) Rəhbərlik dəyişdirildikdə

B) Avadanlıq dəyişdirildikdə

C) Alət dəyişdirildikdə

D) Müəssisədə texnoloji proses dəyişdirildikdə

E) Əmək mühafizəsi qaydaları dəyişdirildikdə


8.Növbədənkənar təlimat işçiyə neçə təqvim gündən çox işdə olmadıqda keçilir.

A) 60


B) 30

C) 40


D) 50

E) 20
9.Cari təlimat naryad-buraxılış sənədi üzrə iş aparan işçilərə nə vaxtı keçilir.

A) İşə başlamazdan əvvəl

B) İş başladıqda

C) İşin ortasında

D) İşin sonunda

E) İşdən sonra
10.Zədələnmələrə hansılar aid deyil.

A) Çox yemək

B)Termiki yanma

C) İstilikvurma

D) Kəskin zəhərlənmə

E) Kimyəvi yanma


11.Zədələnmələrə hansılar aid deyil.

A) Əyilmə

B) Əzilmə

C) Yaralanma

D) Sümüklərin sınması

E) Domna
12.Zədələnmələrə hansılar aid deyil.

A) İstirahət vaxtında alınan zədələnmələr

B) İstehsalatla əlaqədar olmayan zədələnmələr

C) Rəhbərliyin tapşırığını yerinə yetirərkən alınan zədələnmələr

D) Məişət zədələnmələri

E) İstehsalatla əlaqədar olan zədələnmələr.
13.Bu zədələnmələrdən hansı istehsalatla əlaqədar olmayandır.

A) Öz maşınında işdən evə gələrkən aldığı zədə

B) Müəssisə xaricində istehsalat tapşırığını yerinə yetirərkən aldığı zədə

C) Müəssisənin nəqliyyatı vasitəsilə işə gəlməsində aldığı zədə

D) Müəssisənən nəqliyyatı vasitəsilə işdən evə gəlməsi zamanı

E) Müəssisə daxilində istehsalat tapşırığını yerinə yetirərkən aldığı zədə


14.Əmək mühafizəsinin neçə bölməsi var.

A) 4


B) 3

C) 2


D) 5

E) 6
15.Əmək mühafizəsi elminin vəzifəsi hansı işləri tədqiq etmir.

A) Həyat səviyyəsinin tədqiqini

B) Peşə xəstəliklərini törədən səbəblərin təhlilini

C) Texnoloji prosesləri

D) Əmək şəraitinin tədqiqini

E) Bədbəxt hadisələri
16.İstehsalat sanitariyasının bölməsinə hansılar aid deyil.

A) Şəhər parkının abadlaşdırılması

B) Sanitariya- məişət qurğuları

C) Ventilyasiya

D) İstehsalat binalarının gigiyenik məsələləri

E) İstehsalatda işıqlanmanın normal olması


17.Əməyin gigiyenası bunlardan hansını öyrənmir.

A) Əmək haqqını

B) Əməyin təşkilini

C) İşçilərin istirahətini

D) Əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini

E) İşçinin hərəkətinin xarakterini və xüsusiyyətini


18.Əməyin gigiyenası bunlardan hansı ilə məşğul olmur.

A) İdman yarışında idmançının yaxşı yer tutmasını

B) Əmək alətləri və vasitələrinin işçiyə fizioloji təsiri

C) Əmək proseslərinin və mühitin müxtəlif şərsitdə işçiyə fizioloji təsiri

D) Əməyin forma və üsulları

E) İş vaxtı insan bədəninin vəziyyətini


19.Əmək məcəlləsi hansı ildə qüvvəyə minmişdir.

A) 1999


B) 1996

C) 1993


D) 2003

E) 2006
20.İşçilər əmək hüququnu iş yerində işləmək haqqında nə bağlamaq yolu ilə həyata keçirir.

A) Əmək müqaviləsi

B) Əmək intizamı

C) Əmək mühafizəsi

D) Əmək sığortası

E) Əmək haqqı
21.Bu zədələnmələrdən hansı istehsalatla əlaqədar olmayandır.

A) Qanunsuz idman yarışlarında aldığı zədə

B) Həmkərlar ittifaqı təşkilatlarının istesalatla əlaqədar tapşırıqlarını yerinə yetirdikdə

C) Rəhbərliyin tapşırığı olmadan müəssisənin xeyrinə hər hansı işi yerinə yetirdikdə

D) Müəssisədə bədbəxt hadisədən zərər çəkənlərə yardım göstərdikdə

E) Müəssisədə ictimai vəzifələri yerinə yetirdikdə aldığı zədə


22.İstehsalatla əlaqədar olmayan bədbəxt hadisə hansıdır.

A) İşdə sərxoş halda aldığı zədə

B) Rəhbərliyin tapşırığını yerinə yetirərkən aldığı zədə

C) Rəhbərliyin tapşırığını yerinə yetirərkən istiyə düşmə

D) İstehsalat tapşırığını yerinə yetirərkən baş vermiş zərərlənmə

E) Rəhbərliyin tapşırığını yerinə yetirərkən domna


23.İstehsalatla əlaqədar olmayan bədbəxt hadisə hansıdır.

A) İş vaxtı digər şəxsin vurduğu bədən xəsarəti

B) Qanunsuz idman yarışında aldığı zədə

C) Öz şəxsi maşınında işə gəlib- getməsi zamanı aldığı zədə

D) Küçədə gəzərkən aldığı zədə

E) Evdə aldığı zədə


24.Bədbəxt hadisə hansı səbəbdən baş verməz.

A) Ay işığının olmamasından

B) Texniki səbəbdən

C) Sanitariya – gigiyena səbəbindən

D) Psixofizioloji

E)Təşkilatı səbəbdən


25.Bunlardan hansılar zədələnmələrin səbəblərini araşdırma üsulu deyil.

A) Mühasibatlıq

B) Monoqrafik

C) Statik

D) Topoqrafik

E) Qarşırıqlı müqaisə


26.Zədələnmələrin tezlik əmsalı “ X “ nəfər işçiyə düşən bədbəxt hadisələrin sayı ilə müəyyənləşdirilir.Bunların hansı daha düzdür.
A)
B)
C)
D)
E)
27.Zədələnmələrin tezlik əmsalı neçə nəfər işçiyə düşən bədbəxt hadisələrin sayı ilə müəyyənləşdirilir.

A) 1000


B) 400

C) 800


D) 200

E) 600
28. Bu göstərilən səbəblərdən alınan zədələnmələrin hansı cavab texniki səbəbə aid deyil.

A) Layihənin dəqiq olması

B) Layihənin dəqiq olmaması

C) Texnoloji proseslərin qeyri mükəmməlliyi

D) Avadanlığın düzgün quraşdırılmaması

E) Prosesin düzqün aparılmaması
29.Hansı göstərilən səbəbdən alınan zədə texniki səbəbə aid deyil.

A) Çəpərlərin yerində olması

B) Avadanlığın istismarı və təmiri zamanı işlədilən alətlərin nasazlığı

C) Avadanlığın nasazlığı

D) Qoruyucu vasitələrin yoxluğu

E) Çəpərlərin yerində olmaması


30.Bu səbəblərin hansından alınan zədə təşkilati səbəbə aid deyil.

A) Nahar vaxtının uzun olması

B) Keçidlərin, yolların səliqəsiz saxlanması

C) İşin gərginliyi

D) İşçilərin texnoloji prosesi pis mənimsəməsi

E) Təlimatların zəif keçilməsi


31.Bu səbəblərdən hansından alınan zədə təşkilatı səbəbə aid deyil.

A) Əməyin düzgün təşkili

B) Təhlükəsizlik texnikasının təlimatına əməl edilməməsi

C) İşə uyğun gəlməyən alət və tərtibatın tədbiqi

D) Əmək intizamının pozulması

E) Fərdi mühafizə vasitələrindən istifadə edilməməsi


32.Hansı səbəbdən alınan peşə xəstəliyi sanitariya- gigiyena səbəbinə aid deyil.

A) İşıqlanmanın normal olması

B) Nəmliyin normal olmaması

C) Havada zərərli tozların, qazların olması

D) İş yerində hava axınının sürətinin normal olmaması

E) Zərərli şualanmanın ( radioaktiv, zentgen, ultra bənövşəyi) olması


33.Hansı səbəbdən alınan peşə xəstəliyi sanitariya- gigiyena səbəbinə aid deyil.

A) Zərərli şualanmanın olmaması

B) Səs- küy və titrəyiş

C) Sanitariya və gigiyena qaydalarının pozulması

D) Qeyri normal meteoroloji şərait

E) Qeyri səmərəli işıqlanma


34.Əməyin gigiyenası insanın aşağıda güstərilənlərdən hansını öyrənmir.

A) Əmək haqqının normalarını

B) Xarici mühitlə qarşılıqlı təsirini

C) Həyatın gigiyenik normalarını

D) Əməyin gigiyenik normalarını

E) Xarici mühitlə qarşılıqlı əlaqəsini


35.İstehsalat sanitariyası bölməsinə hansılar aid deyil.

A) Məhsulun miqdarının azaldılması

B) İstehsalat müəssisəsə ərazisinin sanitariya cəhətdən abadlaşdırılması

C) Ventilyasiya qurğulqrının tətbiqi

D) İşıqlanma

E) Tullantı sularının təmizlənməsi


36.Əməyin gigiyenası hansıları üyrənmir.

A) İşçinin çəkisinin boyuna gürə uyğunluğunu

B) İstirahəti

C) Əmək prosesində orqamizmin vəziyyəti

D) İşçilərin hərəkətinin xarakterini

E) Əməyin düzgün təşkili


37.Bunlardan hansılar erqonomik məsələlərə aid deyil.

A) Təbii hadisələrin baş verməsinin qarşısının alınması

B) İşçinin rahatlığı

C) İşçilərin təhlükəsizliyinin alınması təmini

D) İşçinin sağlamlığını mühafizə etmək

E) İşgörmə qabiliyyətini mühafizə etmək


38.İnsanın erqonomik xassəsinə hansı aid deyil

A) İş yerinin uzaq olması

B) Toxunma

C) İybilmə

D) Səs duyğusu

E) Görmə qabiliyyəti


39.İnsanın erqonomik xassəsinə hansı aid deyil.

A) Saçın uzun olması

B) Yaddaşı

C) Təfəkkürü

D) Qavrayışı

E) Diqqəti


40.İşçinin rahatlığını, təhlükəsizliyini, sağlamlığını və iş qabiliyyətini mühafizə etmək məqsədilə Qarşılıqlı İqdisadi Yardım Şurası olan ölkələrin erqonomik məsələlərə dair I Beynalxalq konfransı hansı ildə çağrılıb.

A) 1972


B) 1968

C) 1970


D) 1975

E) 1977
41.Sanitar normasına əsasən hər bir işçiyə qapalı bina daxilində ən azı nə qədər sahə lazımdır.

A) 4,5m2

B) 3,5m2

C) 2,5m2

D) 5,5m2

E) 10m2
42.CH- 245 – 71-ə əsasən hər bir işçiyə qapalı bina daxilində ən azı nə qədər həcm lazımdır.

A) 15m3

B) 12m3

C) 18m3

D) 20m3

E) 30m3


43.I sinif müəssisələrin qoruyucu sanitariya zonasının ölçüsünü təyin et.A) 50m

B) 1000m

C) 500m

D) 100m


E) 300m
44.II sinif müəssisələrinin qoruyucu sanitariya zonasının enini müəyyən et.

A) 500m


B) 300m

C) 1000m


D) 50m

E) 100m
45.III sinif müəssisələrinin qoruyucu sanitariya zonasının enini müəyyən et.

A) 300m

B) 500m


C) 1000m

D) 50m


E) 100m
46.IV sinif müəssisələrin qoruyucu sanitariya zonasının enini təyin et.

A) 100m

B) 1000m

C) 50m


D) 500m

E) 300m
47.V sinif müəssisələrin qoruyucu sanitariya zonasının enini təyin et.

A) 50m

B) 500m


C) 1000m

D) 100m


E) 300m
48.Meteoroloji şəraitə hansı amil daxil deyil.

A) İşıqlanma

B) Havanın hərəkət sürəti

C) Havanın temperaturu

D) Nisbi nəmlik

E) İstilik şualanması


49.Havanın axın sürətini ölçən cihazın adını təyin et.

A) Anemometr

B) Ventilyator

C) Saniyəölçən

D) Aspirator

E) Lüksmetr


50.Hava axınını hansı düsturla hesablayırlar.
A)
B)
C)
D)
E)
51.Hava axınının sürətinin nəyə görə normalaşdırıldığını qeyd et.

A) Görülən işin ağırlıq dərəcəsinə görə

B) İşin gündüz görülməsinə görə

C) İşin gecə görülməsinə görə

D) Görülən işin müxtəlifliyinə görə

E) Görülən işin keyfiyyətinə görə


52.Nisbi nəmliyin normasını qeyd et.

A) ( 40 – 60 )%

B) ( 30- 40 )%

C) ( 40- 50 )%

D) ( 40 – 80 )%

E) ( 20- 30 )%


53.Nisbi nəmliyi təyin edən cihazı qeyd et.

A) Psixrometr

B) Lüksmetr

C) Aspirator

D) Anemometr

E) Qazanalizator


54.İş yerinin temperaturu necə normalaşdırılır.

A) İşin ağırlıq dərəcəsinə görə

B) İşin dəqiqliyinə görə

C) İşin həcminə görə

D) İşin keyfiyyətinə görə

E) İşin əllə görülməsinə görə


55.Nisbi nəmliyin normadan az olması hansı orqana təsir edir.

A) Nəfəs yollarına

B) Qollara

C) Başa


D) Ürəyə

E) Mədə- bağırsaq sisteminə


56.İş yerində istiliyin 300C- yuxarı olması nəticəsində işçilərdə hansı əlamətlər baş verməz.

A) Soyuqdəymə

B) Tərləmə

C) Baş ağrısı

D) Bədəndə duz balansının pozulması

E) Tez yorulma


57.Üzvi toz hansıdır.

A) Çay tozu

B) Əhəng tozu

C) Gil tozu

D)Sement tozu

E) Mineral tozu


58.Qeyri- üzvi toz olmayanı göstər.

A) Pambıq tozu

B) Sement tozu

C) Kvars tozu

D) Metal tozu

E) Qranit tozu


59.Havanın tozlülüğünün buraxılabilən vahidini göstər.

A) mq/m3

B) q/m3

C) kq/m3

D) q/m2

E) mq/m2


60.Havanın tozluluq dərəcəsini təyin etdikdə hansı üsulun dəqiq olduğunu qeyd edin.

A) Çəki üsulu

B) Ekspres üsulu

C) İndikasiya üsulu

D) Elektrik üsulu

E) Optiki üsul


61.Havanın çəki üsulu ilə tozluluq dərəcəsini təyin edən cihazın adını müəyyən et.

A) Aspirator

B) Avqust

C)Assiman

D) Anemometr

E) Qazanalizator


62.Qeyri mütəşəkkil ventilyasiya hansı vasitələrlə həyata keçirilir.

A) Qapı- pəncərə oyuqları

B) Döşəmə

C) Tavan


D) Divar

E) Texnoloji avadanlıqlarla


63.Mütəşəkkil ventilyasiya nəyin hesabına həyata keçirilir.

A) Xarici və daxili havanın temperaturlar fərginə görə

B) Kiçik olmasının

C) Otağın həcminin böyüklüyünün

D) Yağışın yağmasına görə

E) Nəmliyin çox olmasına görə


64.Mexaniki ventilyasiya hansı otaqlarda tətbiq edilmir.

A) Səsli otaqlarda

B) İstilik ayrılması olduqda

C) Qaz ayrılması olduqda

D) Texnoloji proses getməyən otaqlarda

E) Toz ayrılması olduqda


65.Tələb olunan hava mübadiləsini hesablamaq üçün , m3/saat düsturu hansı hal üçün tətbiq edilir.

A) Toz ayrılması gedən otaqlarda

B) İstilik ayrılması gedən otaqlarda

C) Buxar ayrılmasında

D) İşıq ayrılmasında

E) Heç bir zərərli istehsalat ayrılması getməyən, işçilərin işlədiyi otaqlarda


66.Tələb olunan hava mübadiləsini hesablamaq üçün , m3/saat düsturu hansı hal üçün tətbiq edilir.

A) İstilik ayrılması olan otaqlarda

B) Toz ayrılması olan otaqlararda

C) Buxar ayrılmasında

D) Normadan artıq səsli otaqlarda

E) Zərərli ayrılma olmayan yerdə


67.Tələb olunan hava mübadiləsini hesablamaq üçün L=N*q, m3/saat düsturu hansı hal üçün tətdiq edilir.

A) Zərərli ayrılma getməyən otaqlar

B) Toz ayrılması olan otaqlar ücün

C) İstilik ayrılması olan otaqlar ücün

D) İşıqlanması normadan az olan otaqlar ücün

E) Səsin normadan artıq olduğu otaqlar ücün


68.Müəssisədə sanitariya- məişət otaqlarına hansılar aid deyil.

A) Sex rəisi otağı

B) Yemək otağı

C) Qadınlar ücün şəxsi gigiyena otağı

D) Qarderob

E) Yuyunma otağı


69.Ən etibarlı kollektiv mühafizə vasitəsini qeyd et.

A) Sığınacaq

B) Binanın zirzəmisi

C) Yeraltı keçid

D) Avtobus

E) Kinoteatr binası


70.Bədənin qorunması üçün olmayan fərdi mühafizə vasitəsini qeyd et.

A) Əleyhqaz

B) Kurtka

C) Xalat


D) Yarım kurtka

E) Jilet
71.Ayaqları mühafizə etməyən fərdi mühafizə vasitəsini qeyd et.

A) İzolə edilmiş ayaqaltılar

B) Qaloş


C) Boğazlı qaloş

D) Üzünboğaz çəkmə

E) Keçə çəkmə
72.Nəfəs orqanlarını mühafizə etməyən fərdi mühafizə vasitəsi hansıdır.

A) Dielektrik əlcəklər

B) Pnevmatik maska

C) İzoləedici respirator

D) Şlemlər

E) Əleyhqazlar


73.Havadaki oksigenin miqdarı 16%-dən az olduqda hansı fərdi mühafizə vasitəsindən istifadə edilir

A) İzoləedici əleyhqaz

B) İzoləedici respirator

C) Əleyhqazlar

D) Süzgəcli respirator

E) Şlem maska


74.Yüngul işlərdə havanın optimal qiymətini qeyd et; 0C ilə

A) (22 – 25 )

B) ( 18 - 21 )

C) (15 -18 )

D) ( 26 – 28 )

E) ( 28 – 30 )


75.Orta ağırlıqlı işlərdə hava temperaturunun ( 0C ilə ) optimal qiymətini qeyd et.

A) ( 20 – 23 )

B) ( 16 – 18 )

C) ( 18 – 20 )

D) ( 14 – 16 )

E) ( 24 – 26 )



76.Ağır işlərdə otaq havası temperaturunun ( 0 C ilə ) optimal qiymətini qeyd et.

A) ( 18 – 21 )

B) ( 15 – 18 )

C) ( 13 – 15 )

D) ( 20 – 23 )

E) ( 22 – 25 )


77.Təbii işıqlanma nə işığı ilə həyata keçirilir.

A) Günəş işığı

B) Batareya işığı

C) Avtomaşın işığı

D) Lampa işığı

E) Ay işığı


78.Təbii işıqlandırma hansı amildən asılı olmayaraq dəyişir.

A) Ayın görünməsindən

B) Fəsillərdən

C) Meteoroloji amillərdən

D) Havanın buludlu olub olmamasından

E) Günün vaxtından


79. əmsalının adını qeyd et.

A) Təbii işıqlanma əmsalı

B) İşığın sürəti

C) İşığın termik ekvivalenti

D) İşığın sınma əmsalı

E) Kitab oxuyarkən yaxşı görmə məsafəsi ( e= 25 sm )


80.İstehsalat binalarında təbii işıqlanmanın hansı növündən istifadə olunmur.

A) Döşəmədə

B) Yandan ikitərəfli

C) Üstdən

D) Üstdən və yandan

E) Yandan birtərəfli


81.İşığı 80% -ə yaxın əks etdirən divar, tavan və başqa amillərin rəngini qeyd et.

A) Ağ


B) Sarı

C) Mavi


D) Yaşıl

E) Qırmızı


82.Yandan birtərəfli işıqlandırmada təbii işıqlanma əmsalının minimum qiyməti otağın

( horizontal müstəvi üzərində ) harasında ölçülür.

A) Otaq daxilində pəncərədən maksimum uzaqda

B) Otağın I yarısının ortasında

C) Otağın tam ortasında

D) Otağın II yarısının ortasında

E) Pəncərəyə yaxın nöqtədə


83.Yandan ikitərəfli işıqlandırmada t.i.ə. minimum qiyməti otağın hansı məsafəsində ölçülür.

A) Otağın ortasında

B) Əks tərəfdəki pəncərənin yaxınlığında

C) Pəncərənin yaxınlığında

D) Otağın II yarısının ortasında

E) Otağın I yarısının ortasında


84.“Təbii işıqlanma” mövzusunun daxilində olan bu düsturla nəyin sahəsi hesablanır ( m2 ilə )

A) Pəncərələrin

B) Divarın

C) Döşəmənin

D) İş sahəsinin

E) Avadanlıq arasındakı sahə


85.Üstdən işıqlanmada tşbii işıqlanma əmsalının ( t.i.ə.) hansı qiymətindən istifadə olunur

A) t.i.ə. ( eor )

B) t.i.ə.-nin (emin )

C) t.i.ə.( e )

D) t.i.ə. ( emak )

E) t.i.ə. ( emin/2)


86.Süni işıqlanmanın hesabat üsulu olmayan növünü göstər.

A) Ümumi işıq üsulu

B) Xüsusi güc üsulu

C) İşıq selindən istifadə üsulu

D) Nöqtəvi üsul

E) Qrafik üsul


87.Süni işıqlanmanın hansı növü yoxdur.

A) Divardan əks olan işıq

B) Yerli

C) Qəza


D) Ümumi və yerli(birgə)

E) Ümumi
88.İşıqlanmanın hesablanması üçün olan bu düstur süni işıqlanmanın hansı növünə aiddir.



; lk

A) Nöqtəvi üsul

B) Xüsusi güc üsulu

C) İşıq selindən istifadə üsulu

D) Qrafik üsul

E) Yerli işıqlandırma


89.Süni iqlanmanın hansı hesabat üsuluna aiddir. ; lümen

A) İşıq axınından istifadə üsulu

B) Vatt üsulu

C) Nöqtəvi üsul

D) Qrafik üsul

E) Qəza işıqlanması


90.Süni işıqlanmanın hansı hesabat üsuluna aid olduğunu müəyyən et.
; kVt

A) Vatt üsulu

B) İşıq axınından istifadə üsulu

C) Nöqtəvi üsul

D) Közərmə üsulu

E) Qrafik üsul


91.İşıqlandırıcıların düzülüş formasını qeyd et.

A) Düzbucaq

B) Kvadrat

C) Ücbucaq

D) Beşbucaqlı ulduz

E) İxtiyari


92.İşıqlandırıcıların düzülüş formasını qeyd et.

A) Şahmat

B) Ücbucaq

C) Kvadrat

D) Düz xətt

E) İxtiyari


93.İşıqlandırıcılar hansı formada düzüldükdə onlar arası məsafə L= ( 1,2 – 1,8 ) *Hp düsturu ilə hesablanır.

A) Düzbucaq

B) Kvadrat

C) İxtiyari

D) Ücbucaq

E) Qarışıq


94.İşıqlandırıcılar hansı formada düzüldükdə onlar arası məsafə L= ( 1,2 – 2,4 )*Hp düsturu ilə hesablanır.

A) Şahmat

B) Kvadrat

C) Ücbucaq

D) Qarışıq

E) İxtiyari


95.Otağın göstəricisi () işıqlandırmanın hansı hesabat esulunda istifadə olunur.

A) İşıq selindən istifadə üsulu

B) Nöqtə

C) Vatt üsulu

D) Qrafik üsul

E) Qəza işıqlanması


96.Qəza işıqlandırması işçılərin sayı neçədən artıq olduqda quraşdırılır.

A) 50-dən artıq

B) ( 21 – 30 )

C) ( 31 – 40 )

D) ( 41 – 50 )

E) ( 10 – 20 )


97.Qəza işıqlandırılması hansı halda tətbiq edilir.

A) İşçı işıqlandırma heç olmadıqda

B) İşçi işıqlandırma zəif olduqda

C) Közərmə lampası göz qamaşdırıcı vəziyyətdə olduqda

D) Lampaların bir hissəsi sıradan çıxdıqda

E) Güclü qasırğa olduqda


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin