Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Kommutasiya sahəsinin strukturu



Yüklə 444,28 Kb.
səhifə35/70
tarix10.01.2022
ölçüsü444,28 Kb.
#109048
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
Kommutasiya sahəsinin strukturu
Kommutasiya bloklarının strukturu giriş xətlərinin sayı, çıxış xətlərinin sayı, axtarış pillələrinin sayı, hər pillədə tətbiq edilən axtarış rejimi, axtarış pillələri arasındakı aralıq xətlərinin axtarılması üsulu ilə vəkommutasiya manqalarının sayları ilə xarakterizə olunur.

Axtarış pilləsi dedikdə müəyyən istiqamət üçün ayrılmış eyni çıxışlar bütün giriş xətlərinin qoşulmaq imkanına malik komutasiya bloku başa düşülür.

Axtarış pilləsi bir manqadan və çox manqadan ibarət ola bilər.

Çıxışların qoşulma üsuluna görə kommutasiya blokları tam və natamam imkanlı bloklara ayrılırlar.

Kommutasiya qovşaqlarında bir neçə axtarış pilləsi olur:

-ilk axtarış pilləsi

-qrup axtarış pilləsi

-xətt axtarış pilləsi

-qarışıq axtarış pilləsi

Bununla əlaqədar olaraq bu axtarış pillələrinin kommutasiya blokları müəyyən axtarış rejimində işləyirlər.

Ilk axtarış rejimində çağırış daxil olan giriş kanalına ona qoşula bilən istənilən çıxış xətlərindən yalnız birinin qoşulması tələb edilir.

Bu axtarış rejimində istiqamətlərin sayı 1-ə bərabər olur, imkanlıq isə çıxışların ümumi sayına bərabər olur.

Kommutasiya blokunun strukturu dedikdə həcminə və verilmiş xidmət keyfiyyətinə görə onun qurulma üsulu başa düşülür.

Kommutasiya sisteminin həcmi dedikdə onun girişləri N və çıxışları M sayı, xidmət keyfiyyəti dedikdə isə itən çağırışların sayı nəzərdə tutulur.





Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin