Kommutasiya sahəsinin qurulma xüsusiyyətləri
Avtomatik kommutasiya qovşaqlarında danışıq traktları bir neşə axtarş pilləsindən təşkil edilir.
Hər bir axtarış pilləsi kommutasiya qurğusu və idarəedici qurğudan ibarət olur.
Elektromexaniki ATS-də rabitə yaradılması pillələrlə ardıcıl olaraq növbə ilə həyata keçirilir.
Axtarış pillələri 1,2 və çox manqadan ibarət ola bilər.
Komutasiya qurğuları talonlarla quraşdırılır, bir və bir neçə dayaqda yerləşdirilir. Komutasiya blokları N girişə və M çıxışa malik olurlar.
Elektron komutasiya sistemlərində 2 növ kommutasiya bloklu tətbiq edilir:
-Fəza kommutasiya bloku –FKB
-zaman kommutasiya bloku –ZFKB
FKB müəyyən giriş və çıxış birləşdirici xətləri komutasiya etməyə xidmət edir. Bu səbəbdən belə blanklarda yaddaş olunur. Daxili bloklanmanın olması FKB istifadə etməklə elektron ATS-in kommutasiya sahəsini yaratmaq mümkün olmur.
Bu səbəbdən onlardan ZKB ilə birlikdə kombinə olunmuş halda kommutasiya sahəsinin qurulmasında istifadə edilir.
ZKB-dan giriş və çıxış rəqəm xətlərinin müxtəlif adlı kanallarını kommutasiya etmək üçün istifadə olunur.
ZKB-ları informasiya yaddaş qurğusundan istifadə etməklə qurulurlar.
Informasiya yaddaş qurğularından rəqəm xətlərinin kanalları ilə daxil olan informasiyanın qəbul etmək, yadda saxlamaq və qeyd edib hesablamaq üçün istifadə edilir.
Dostları ilə paylaş: |