Körpü sxemli telefon aparatları
Veriliş zamanı abunəçini öz danışığını ideal olaraq eşitməməsi üçün telefon aparatının enerji çeviriciləri olan mikrofon və telefon körpü və ya kontensasiyalı sxemlə qoşmaq lazımdır. Telefon aparatında yerli effektləri yox etmək üçün bir və ya daha çox elementli balans konturlarından istifadə edirlər. Bu konturlar xəttin müqaviməti ilə telefon aparatının müqavimətini tarazlaşdırmaq üçündür. Müasir tel aparatlarında balanslaşmanı təmin etmək üçün 3 və 4 elementli balans konturları tətbiq edilir.Balans konturlarının elementləri kimi tutum və müqavimətlərdən istifadə edilir.
A-dakı şəkildə müxtəlif balans konturları göstərilmişdir.
Şəkil
Balans konturunun əsas vəzifəsi abunəçi xəttinin stansiyaya qədər olan hissəsində olan müqavimətə bərabər müqavimət yaratmaqdan ibarətdir.Bu halda mikrofon tarazlıqda olan körpünün orta nöqtəsinə qoşulmuş olur və telefon dövriyyəsində heç bir cərəyan yaranmır.
Dostları ilə paylaş: |