Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Elektroakustik çeviricilərin xassəsi



Yüklə 444,28 Kb.
səhifə9/70
tarix10.01.2022
ölçüsü444,28 Kb.
#109048
1   ...   5   6   7   8   9   10   11   12   ...   70
Elektroakustik çeviricilərin xassəsi
Telefonun və mikrofonun iş keyfiyyəti onların həssaslığına görə xarakterizə edilir.

Mikrofonun yaratdığı elektrik hərəkət qüvvəsinin onun membranına təsir edən səs təzyiqinin qiymətinə olan nisbətinə mikrofonun həssaslığı deyilir.

Qulaq sahəsində telefonun yaratdığı səs təzyiqinin telefonun sıxaclarındakı gərginliyə olan nisbətinə telefonun həssaslığı deyilir.

Telefon aparatlarinın mikrofonlarının qidalanması
Telefon rabitəsini təşkil etmək üçün mikrofon dövrəsinə sabit qida mənbəyi-akkumlyator batareyası qoşulmalıdır. Kömür mikrofonu iki üsulla qidalandırılır:

1.Fərdi batareya üsulu.

2.Mərkəzləşdirilmiş qida üsulu.

Birinci üsulda mikrofonun qida dövrəsinə ardıcıl olaraq akkumlyator batareyası qoşulur

Qida mənbəyi kimi 48 və 60 voltluq akkumlyator körpü ilə abunəçi xətlərinə qoşulur. Buna qidalandırıcı körpü də deyilir. Qida körpüsü cərəyanı ayıran və danışıq tezlikli cərəyanı hər iki istiqamətə

buraxan süzgəc rolunu da görür.

İkinci üsul isə mərkəzləşdirilmiş qida üsulu. Bu üsulda ATS-ə qoşulmuş telefon aparatlarını mikrofonları ATS-də qurulmuş mərkəzi akkumulyator batareyasına və ya düzləndirici qurğuya paralel qoşulur.

Dəyişən maqnit selləri transformatorların nüvəsində yaranan sabit maqnit seli ilə toplanaraqümumi halda telefonların membranasını cəlb edən mexaniki qüvvəni artırır. Nəticədə telefonların membranaları səs tezlikli elektriki rəqsinin tezliyinə uyğun mexaniki rəqsə gəlir və hər iki abunəçi bir-birinieyni vaxtda eşidir. Hal-hazırda mikrofonlar mərkəzləşdirilmiş qida üsulu qidalanır. Birinci üsuldan ancaq kabel cütlərinin təyin edilməsində və xüsusi məqsədlərlə istifadə edilir.




Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin