SƏS SAHƏSİ VƏ ONUN XARAKTERİSKALARI Səs dedikdə, maddi elastik mühitdə (qazlarda, bərk cisimlərdə və mayelərdə) yayılan və qulaq tərəfindən qəbul edilən mexaniki dalğalar başa düşülür.
Səs mənbəyindən daxil olan və sonradan fiziki mühitlə yəni hava ilə yayılan mexaniki dalğalar ətraf fiziki mühiti məcburi rəqsə gətirir və nəticədə növbəti hava qatına çataraq, onu da rəqs etməyə məcbur edir. Təsvir edilən proses o vaxta qədər davam edir ki, ətraf mühitin akustik müqavimətinin aradan qaldırılması üçün mexaniki dalğaların enerjisi zəifləmiş olsun. Bundan sonra mexaniki dalğaların ətraf mühütdə yayılma prosesi dayanır.
Səsin fiziki mühitlə yayılarsa bu prosesi səs dalğaları, səsin yayıldığı mühit isə səs sahəsi adlanır.