Analoq rəqəm çevricisi(ARÇ)- mikrofonda yaranan bütün analoq siqnallarını rəqəm formasına çevirir və onların sonrakı emalını təmin edir.
Nitq koderi - danışq siqnallarını kodlaşdırır ki, bunun sayəsində rabitə kanalı ilə veriləcək informasiyanı ümumi həcmini azaldır.
Kanal koderi - nitq koderinin çıxışında alınan rəqəm siqnallarına artıq siqnallar əlavə edir ki, buda siqnalların rabitə kanalı ilə ötürülməsi zamanı səhvlərdən mühafizəni təmin etmək üçündür.
Modulyator – kodlaşdırılmış danışıq siqnalını aparıcı tezliyə yetirirlər.
Demodulyator – modullanmış radio siqnallardan kodlaşdırılmış danışıq siqnallarını ayırır
Kanal dekoder –girişə verilən info selindən idarəedici informasiyaları ayırır və onu məntiq blokuna yönəldir.