Turizm və Ticarət Marketinqi Departamenti (“DTCM”) və o cümlədən Dubay Festivallar və Pərakəndə satış Təşkilatı, Dubay Biznes Tədbirləri və Dubay Təqvimi də daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, onun filialları bütün müştərilərinə mükəmməl xidmət göstərmək, həmçinin onların məxfiliklə bağlı maraqlarına hörmət etmək öhdəliyi götürmüşlər. Biz bu Məxfilik Siyasətini sizin, istifadəçinin, bu internet səhifəsinə daxil olduğunuz və istifadə etdiyiniz zaman şəxsi məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və mühafizə etdiyimizi və bu məlumata necə münasibət göstəriləcəyini anlamanız üçün təqdim edirik. Lütfən bizim şəxsi məlumatlarla bağlı və onlara münasibətimizə dair baxışlarımızı və təcrübəmizi başa düşmək üçün aşağıda verilənləri diqqətlə oxuyun.
Bu Məxfilik Siyasəti bizim istifadə şərtləri http://www.visitdubai.com/~/media/pdfs/legal/DTCM_TermsOfUse_final.ashx və orada istinad edilmiş hər hansı digər sənədlərlə birlikdə oxunmalıdır.
Qəbul
http://www.visitdubai.com/ saytına daxil olmaqla, siz bu Məxfilik Siyasətində verilmiş iş üsullarını qəbul edir və onlarla razılaşırsınız. Bu siyasətlə razı deyilsinizsə, lütfən bu internet saytından istifadə etməyin.
Biz sizə dair məlumatdan aşağıdakı yollarla istifadə edirik:
Bizə verdiyiniz məlumatlar
Biz bu məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edəcəyik:
-
bizdən xahiş etdiyiniz məlumatları, məhsulları və xidmətləri sizə təchiz etmək üçün;
-
sizin suallarınıza, şikayət və təkliflərinizə cavab vermək üçün və onların bizim,
yaxud bizim adımızdan iştirak edən təşkilatlar tərəfindən marketinq və keyfiyyətin təmini məqsədləri ilə istifadə edilməsi mümkünlüyü üçün;
-
sizə artıq sorğu göndərdiyiniz digər xidmətlərə oxşar xidmətlər
haqqında məlumat təqdim etmək üçün;
-
sizə əlavə xidmətlər və/yaxud sizi maraqlandıra biləcək əlavə xidmətlərə
dair məlumat vermək və ya seçilmiş üçüncü tərəflərə bu məlumatı təqdim etməyə icazə vermək üçün. Siz mövcud müştərilərdən birisinizsə, biz əvvəlki sövdələrimizdə maraqlandığınız xidmətlərə oxşar xidmətlərlə bağlı sizinlə ancaq elektron vasitələrlə (e-poçt və ya mesaj) əlaqə saxlayacağıq. Siz yeni müştərisinizsə və seçilmiş üçüncü tərəflərə sizə dair məlumatdan istifadə etməyə icazə verdiyimiz hallarda, biz (yaxud onlar) ancaq sizin elektron üsulla razılığınızı aldığımız halda sizinlə elektron üsullarla əlaqə saxlayacağıq;
-
sizə saytımızda baş vermiş dəyişikliklərə dair məlumat vermək üçün; və/yaxud
-
saytımızın məzmununun sizin və kompüteriniz üçün ən səmərəli üsulla
təqdim edildiyini təmin etmək üçün.
Haqqınızda topladığımız məlumatlar
Biz bu məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edəcəyik:
-
saytımızı daxil əməliyyatlar məqsədi ilə, o cümlədən problemlərin həlli, verilənlərin təhlili, sınaq, tədqiqat, statistik və sorğu məqsədləri ilə idarə etmək üçün;
-
saytımızı təkmilləşdirərək, məzmununun sizin və kompüteriniz üçün ən səmərəli
üsulla təqdim edildiyini təmin etmək üçün.
-
seçdiyiniz hallarda xidmətlərimizin interaktiv xüsusiyyətlərindən
istifadə etmənizə imkan vermək üçün;
-
saytımızı təhlükəsiz və etibarlı saxlamaq cəhdimizin bir hissəsi kimi;
-
sizə və başqalarına xidmətlərimizin reklam edilməsinin səmərəsini ölçmək və ya
anlamaq, və müvafiq reklamları sizə çatdırmaq üçün; və/yaxud
-
sizə və saytımızın digər istifadəçilərinə sizin və ya onlar üçün
maraqlı ola biləcək mallar və ya xidmətlər barədə təklif və tövsiyələr etmək üçün.
Digər mənbələrdən aldığımız məlumat
Biz bu məlumatı sizin verdiyiniz məlumatla və sizin haqqınızda topladığımız məlumatla birləşdirə bilərik. Biz bu məlumatdan və birləşdirilmiş məlumatdan yuxarıda qeyd edilmiş məqsədlərlə istifadə edə bilərik (aldığımız məlumatın növlərindən asılı olaraq).
Şəxsi məlumatı necə toplayırıq
Biz məqsədəuyğun və ya mümkün olmayan hallardan başqa, sizin şəxsi məlumatı birbaşa sizdən alırıq.
Biz bunu bir sıra üsullarla, o cümlədən aşağıdakı qaydada həyata keçiririk:
-
sizin internet saytımıza, proqramlara daxil olmanız və istifadəniz və ya bizə qısa mesaj/MMS göndərməniz vasitəsilə;
-
sizin məlumatınızı bizə təqdim edən gidər şəxslərdən (məs. hədiyyə üçün
abunə);
-
sizin nümayəndəmizlə apardığınız söhbətlər zamanı; yaxud
-
ərizə və ya abunə müraciətini doldurduğunuz zaman.
Biz həmçinin şəxsi məlumatları üçüncü tərəflərdən, o cümlədən aşağıdakı qaydada toplaya bilərik:
-
kredit hesabatı verən orqanlar, hüquq mühafizə orqanları və digər dövlət təşkilatları kimi üçüncü tərəf şirkətlərdən;
-
reklamçılardan;
-
məktub göndərmə siyahılarından;
-
məşğulluq təşkilatlarından; və/yaxud
-
podratçılar və biznes tərəfdaşlarından.
Sizə dair məlumatın açıqlanması
Biz sizə dair məlumatı seçilmiş üçüncü tərəflərlə bölüşdürə bilərik.
İnternet Protokolu (IP) Ünvanı
IP Ünvan siz İnternetdə hər dəfə axtarış aparan zaman sizin kompüterə avtomatik olaraq verilən nömrədir. Siz bu internet səhifəsinə daxil olduqda bizim Veb-hostinq xidmətinin istifadə etdiyi server sizin IP Ünvanı, o cümlədən sizin daxil olduğunuz tarix və vaxtı, istifadə etdiyiniz İnternet Brauzerinin növünü və sizi bu internet saytına yönəltmiş hər hansı digər saytın URL ünvanını qeyd edir. Biz IP ünvanı hər hansı şəxsi müəyyən edə bilən məlumatla əlaqələndirmirik. Beləliklə, istifadəçinin hər bir sessiyası anonim qalır.
Biz həmçinin IP ünvanlarını (İnternetə qoşulmuş kompüterlərin elektron ünvanlarını) tendensiyaları təhlil etmək, internet saytını idarə etmək, istifadəçinin hərəkətlərini izləmək və geniş demoqrafik məlumat toplamaq məqsədilə qeyd edə bilərik.
Kukilər
Bəzi hallarda biz kukilərdən istifadə yolu ilə sizin şəxsi məlumatlarınızı toplaya bilərik. Siz internet saytımıza daxil olduğunuz zaman sizin kompüterə "kuki" (unikal İD nömrəsinin daxil olduğu kiçik xülasə fayl) göndərə bilərik. Bu, bizə sizin kompüteri tanımağa və hər dəfə bizim sayta daxil olduğunuz zaman sizdən qeydiyyatdan keçməni və ya sistemə daxil olmanı tələb etmədən, sizi salamlamağa imkan verir. O, həmçinin sizin nəzərdən keçirdiyiniz xidmətləri izləməmizə yardım edir ki, bununla sizə həmin xidmətlər haqqında yeni xəbərləri göndərə bilirik. Biz həmçinin kukilərdən nəqliyyat rejimini izləməyə, saytımızın hansı hissələrinə daha çox baş çəkildiyini müəyyən etməyə və ümumiyyətlə trafik rejimini ölçmək üçün istifadə edirik. Biz bundan istifadə edərək, istifadəçilərimizin adətlərini tədqiq edirik ki, xidmətlərimizi təkmilləşdirə bilək. Kukiləri almaq istəmirsinizsə, brauzerinizi elə tənzimləyə bilərsiniz ki, kompüteriniz onları qəbul etməsin.
Biz həmçinin kukilər vasitəsilə internet saytlarımızda fəaliyyətiniz (o cümlədən, IP Ünvanları) barədə anonim məlumatları (bu, şəxsi məlumat deyil) toplaya, yaxud sorğuya cavab olaraq sizdən məlumat toplaya bilərik. Biz adətən bu məlumatdan statistik hesabatların hazırlanması, tendensiyaların təhlili, xidmətlərimizin idarəsi, problemlərin diaqnozu və xidmətlərimizin yönəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə istifadə edirik. Belə məlumatlara şəxsi məlumatlar daxil olmadığı üçün (çünki onlar sizin və ya başqa kimsənin şəxsiyyətini müəyyən etmir) biz onları istədiyimiz məqsədlərlə və istədiyimiz yollarla istifadə edə bilərik.
Digər internet saytlarına keçidlər
Biz, internet səhifəmizə gətirən, yaxud ondan başqa səhifəyə yönəldən internet saytların istifadə etdiyi üsullar üçün, o cümlədən orada verilən məlumat, yaxud məzmun və ya onların məlumat toplama üsulları, yaxud məxfilik siyasətləri üçün cavabdehlik daşımırıq. Lütfən yadda saxlayın ki, bizim saytdan başqa sayta aparan linkdən istifadə edən zaman bizin Məxfilik Siyasəti daha üçüncü tərəf internet saytlarına və ya xidmətlərinə tətbiq edilmir. Hər hansı, o cümlədən bizim saytımızda linki və ya reklamı olan üçüncü tərəf saytı və ya xidmətində axtarışınız və qarşılıqlı əlaqəniz həmin üçüncü tərəfin öz qaydaları və siyasətləri ilə tənzimlənir. Bundan başqa, siz razılaşırsınız ki, istifadəçi məlumatlarınıza girişə səlahiyyət verdiyiniz hər hansı üçüncü tərəflər üçün cavabdehlik daşımırıq və nəzarət edə bilmirik. Siz üçüncü tərəf internet saytından və ya xidmətindən (məsələn, Facebook və ya Google groups və s.) istifadə edirsinizsə və belə üçüncü tərəflərə sizin istifadəçi məlumatlarınıza giriş verirsinizsə, bütün risklərə özünüz cavabdehsiniz. Bu Məxfilik Siyasəti
bizim başqa üsullarla (o cümlədən oflayn rejimdə) və ya internet saytımızdan fərqli mənbələrdən topladığımız məlumata tətbiq edilmir.
Hüquqi məsələlər
DTCM qanunla tələb edilən hallarda, yaxud xoş məramla qanuna əməl etmək, DCTM hüquqlarını və ya əmlakını, bu saytı və ya onun istifadəçilərini mühafizə, yaxud müdafiə etmək üçün belə açıqlamanın lazım və ya arzuedilən olduğuna inandıqda şəxsi məlumatı açıqlayacaq.
Sual və Şərhlərinizlə bizimlə əlaqə saxlayın
Bu internet saytının bir hissəsini təşkil edən onlayn formaların birindən istifadə edərək hər hansı suallar, şərhlər və ya xahişlərlə bağlı bizimlə əlaqə saxlamaq istəsəniz, sizinlə əlaqə saxlaya bilməmiz üçün tam adınızı, telefon nömrənizi və e-poçt ünvanınızı bildirməlisiniz. Hansı onlayn formanı doldurmanızdan asılı olaraq, sizə daha yaxşı xidmət göstərməmiz üçün əlavə məlumat vermək imkanı veriləcək, lakin belə əlavə məlumat onlayn formanı doldurmaq və təqdim etmək üçün tələb olunmaya bilər.
Bizimlə sadəcə olaraq info@dubaitourism.ae ünvanına e-məktub göndərməklə əlaqə saxlaya bilərsiniz
İmtina etmə
DTCM aşağıdakı hallarda sizə hər hansı məlumat buraxılışından imtina etmək imkanı verəcək:
-
istifadəçi DTCM-n üçüncü tərəflərə məlumat verməsini istəmir; yaxud
-
istifadəçi daha DTCM-dən məktub almaq istəmir.
İstifadəçilər info@dubaitourism.ae ünvanına məktub göndərərək, nədən imtina etmək istədiklərini bildirməlidirlər.
Mühafizə
Biz əlimizdə olan şəxsi məlumatları sui-istifadədən, itkidən yaxud icazəsiz istifadədən qorumaq üçün bütün ağılabatan tədbirləri görəcək, o cümlədən təhlükəsizlik şlüzləri, parolla giriş və etibarlı serverlərdən istifadə edəcəyik.
Onlayn formalara daxil etdiyiniz hər hansı məlumat ötürülməzdən əvvəl şifrələnməyəcək, ona görə də formaya daxil etdiyiniz məlumatın təbiətinə dair özünüz qərar verməlisiniz (məs. qeydlər qrafasına kredit kartınızın nömrəsi kimi məlumatları daxil etməyin).
Şəxsi məlumatınızdan hər hansı sui-istifadəyə, yaxud onun itirilməsinə və ya icazəsiz istifadəsinə dair şübhəniz olarsa, lütfən dərhal bizə məlumat verin.
Məxfilik Siyasətinə dəyişikliklər
Gələcəkdə biz istənilən vaxt bu səhifəyə dəyişikliklər etməklə, bu Məxfilik Siyasətinə düzəlişlər və ya əlavələr edə bilərik. Bütün dəyişikliklər burada ediləcək və, beləliklə, siz topladığımız məlumat, həmin məlumatdan istifadə etdiyimiz üsullar və onu hər kimsəyə açıqlamamız haqqıda xəbər ala biləcəksiniz. Sizdən vaxtaşırı olaraq bu səhifəni yoxlayaraq etdiyimiz hər hansı dəyişikliyi qeyd etmək xahiş olunur, çünki onlar sizin üçün hüquqi baxımdan məcburi şərtlər olacaq. Bu məxfilik siyasətində verilmiş bəzi müddəalar həmçinin saytımızın hər hansı digər yerində verilmiş müddəalar, yaxud bildirişlərlə qüvvədən salına bilər.
Bu şərtlərə edilən dəyişikliklərdən sonra DTCM [və/yaxud onun filiallarının] internet saytlarından istifadəni davam etsəniz, bu, edilmiş dəyişiklikləri qəbul etmənizi göstərəcək.
Nəticə
Sizin məxfiliklə bağlı maraqlarınız bizim üçün vacibdir. Bu Məxfilik Siyasətinin sizə yardımçı olduğuna ümid edirik.
İnternet Məxfilik Siyasəti ilə bağlı suallar
Bu Məxfilik Siyasəti ilə bağlı suallarınız yaranarsa, lütfən çəkinmədən info@dubaitourism.ae ünvanı ilə bizə e-məktub göndərin
Dostları ilə paylaş: |