Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 2,01 Mb.
səhifə9/11
tarix22.10.2017
ölçüsü2,01 Mb.
#10010
1   2   3   4   5   6   7   8   9   10   11

BEŞİNCİ FƏSİL

CƏHƏNNƏM


Cəhənnəm (duzəx) nəhayətsiz bir dərə, Allah qəzəbindən alovlanmış oddur. Cəhənnəm dərkimizin fövqündə, növbənöv əzablar, bəlalarla dolu axirət zindanıdır. Bir növ Behiştin ziddidir. Əgər Behiştdə ne᾽mətlər çox, bir zərrəcə narahatlıq yoxdursa, Cəhənnəmdə əzablar çoxdur və zərrəcə rahatlıq yoxdur. Qur᾽anda zikr edilmiş bə᾽zi əzablara işarə edirik.

CƏHƏNNƏM YEMƏKLƏRİ VƏ İÇKİLƏRİ


“Vaqiə” surəsi, ayə 51, 52: “Siz, ey yalançılar, haqq yoldan azanlar! Şübhəsiz ki, zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Qarınlarınızı onunla dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz!”

CƏHƏNNƏMDƏ ACLIQ VƏ SUSUZLUQ ƏZABI


Rəvayətə görə Cəhənnəm əhli aclıq əzabına tutular və onlar çarəsizlikdən qarınlarını zəqqumla doldurarlar. Sonra elə bir susuzluqla qarşılaşarlar ki, təklif olunmuş həmimi–qaynar çirkab suyu içərlər. Su elə qaynar olar ki, onların içini tikə-tikə parçalayar. Əgər bu sudan bir qətrə dünya dağlarından birinə düşərsə, dağ parçalanar. Qur᾽anın tə”birincə: “Bu, onların haqq-hesab günündəki ziyafətidir.” (“Vaqiə”, 56) Yə”ni sadalananlar cəzanın başlanğıcıdır. Amma onlar üçün hazırlanmış yeməklər və içkilərin əzabı bəyan olunası deyil.

ZƏQQUM GÜNAHKARLARIN ALOVLU YEMƏYİDİR


“Əd-duxan” surəsində buyurulur: “Həqiqətən zəqqum ağacı günahkar kimsənin yeməyidir. O, ərinmiş mis kimi qarınlarda qaynayar. Qaynar su qaynayan kimi!” (ayə 43-44)

ONLARIN ZAHİR VƏ BATİNLƏRİ ƏRİYƏR


Zəqqum kafirlərin qarnında nəhayətsiz qızmış su və ya zeytun yağı tək qaynayar. Həmin qaynar sudan onların başlarına tökülər ki, zahirləri və batinlərini əritsinlər. Ayədə buyurulur: “Geri qaytarılası olmayan böyük eyblər yanımızdadır, böyük atəş, boğaz tutan yeməklər və ağır əzablar vardır.”

Həzrət Baqir (əleyhissalam)-dan nəql olunub ki, zəqqum ağacı Cəhənnəmin təkindən bayıra gələr. Onun meyvələri, yarpaqları, tikanları oddan olub, zəhərdən acı, murdardan (leşdən) üfunətli və dəmirdən bərkdir.


ĞİSLİN, ZƏRİ᾽ SƏDİD, ĞƏSSAQ


“Əl-haqqə” surəsi, ayə 36: “İrindən (ğislin) başqa bir yeməyi də yoxdur.”

“Əl-ğaşiyə” surəsi, ayə 6: “Onların yeməyi (zəhərdən acı tikanlı otdan hazırlanmış) zəri”dən başqa bir şey olmayacaqdır.”

“İbrahim” surəsi, ayə 16: “Hələ qarşıda Cəhənnəm vardır, irinli-qanlı sudan (sədid) içirdiləcəkdir.”

“Sad” surəsi, ayə 57: “Bu, qaynar su və irindir (ğəssaq). Qoy onu dadsınlar!”

“Məcməül-bəhreyn”də deyilir: Zəqqum yeyəndən sonra Cəhənnəm əhlinin qarnından bayıra çıxan həmin şey yenidən onlara yem olar.

Sədid-Cəhənnəmdə zinakarların ovrətindən ayrılan, axan çirkdir.

Bə᾽zi təfsirçilər buyurmuşlar ki, Cəhənnəmdə zəhərli heyvanların zəhərlərindən çeşmə vardır. Onlar bu çeşmənin suyunu “ğəssaq” bildirmişlər.

CƏHƏNNƏM ƏHLİNİN LİBASI


Kafirlər üçün alovdan paltarlar biçilib, hazırlanmışdır. Rəvayət olunub ki, əridilmiş misdən libas düzəldilər. “İbrahim” surəsində buyurulur: “Onların libaslrı qətrandandır. Üzlərini atəşə bürüyərlər.”

Qətran qara rəngli və pis qoxulu olur.

Cərəb (dəri xəstəliyi) tutmuş dəvəyə od vurub dərisi ilə yandırır, oda atırlar. Rəvayət olunub ki, Cəhənnəm libaslarından biri dünyada yerlə göy arasında asılarsa, bütün yer əhli onun qoxusu və hərarətindən həlak olar.

QARA ÇÖHRƏ-BOXOV VƏ ZƏNCİR


“Ər-Rəhman” surəsi, ayə 41: “Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən (başlarının qabaq tərəfindəki tüklərindən) və ayaqlarından tutulub bağlanacaqlar.”

“Əl-mö᾽min” surəsi, ayə 71-72: “Boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər qaynar suya tərəf, sonra odda yandırılacaqlar.”

“Əz-zümər” surəsi, ayə 60: “Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən.”

Əl-mö᾽minun” surəsi, ayə 104: “Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar.”


CƏHƏNNƏM MÜVƏKKİLLƏRİ


“Ət-təhrim” surəsi, ayə 6: “Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan daşqəlbli və çox sərt mələklərdir.”

Onların əlində dəmir gürzlər vardır. Hər kəs Cəhənnəmdən qaçmaq istəsə, onun başına vurular. Gürz elə ağırdır ki, ins və cinn birlikdə onu qaldıra bilməz. Rəvayət olunub ki, Cəhənnəm mələklərinin gözəri parlayan qığılcım kimidir. Köpək dişləri dağ tək iridir. Ağızlarından alov püskürür. İki çiyinlərinin arası bir illik yoldur. Bir əli ilə 70 nəfəri götürüb Cəhənnəm oduna ata bilirlər.


CƏHƏNNƏM QAPILARI


“Əl-hicr” surəsi, ayə 44: “Cəhənnəmin yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər.” Həzrət Əli (əleyhissalam) bu qapıların adlarını sadalamış, ən aşağı qapının “Əsfəl” olduğunu bildirmişdir.

CƏHƏNNƏM ODU ŞÜURLUDUR


Ayələrdən mə”lum olur ki, dünya odundan fərqli olaraq, Cəhənnəm odu şüurludur. Çünki, buyurulur: “O gün Biz Cəhənnəmə “doldunmu?” deyəcəyik, o isə “Yenə varmı?”, deyə soruşacaqdır.” (“Qaf” surəsi, ayə 30)

Cəhənnəm odu əzab əhlini tanıyır, onlara hücum edir, nə”rə çəkir, onları dartır, necə ki, buyurulmuşdur: “O atəş onları uzaqdan görüncə, kafirlər onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.” (“Əl-furqan” surəsi, ayə 12) İmam Sadiq (əleyhissalam)-dan da nəql olunmuşdur ki, Cəhənnəmin nə”rə səsini eşidəcəklər.


MÖ᾽İNİN NURU CƏHƏNNƏM ODUNU ƏSKİLDƏR


“Kafirlərə qəzəbindən az qalar ki, parçalansın”, buyurulub. Bu da rəvayət olunub ki, mö᾽min Siratdan keçərkən Cəhənnəm alovunun səsi ucalar: “Tez öt, ey mö᾽min, sənin nurun mənim alovumu keçirir.” Çünki, mö᾽min rəhmətdən, Cəhənnəm odu isə qəzəbdəndir və Haqqın rəhməti qəzəbə qalibdir. Bir sözlə, başqa axirət vücudları kimi, Cəhənnəm alovunun da şüurlu olmasına sübutlarımız vardır.

CƏHƏNNƏM ƏHLİNİN YERİ DAR, TƏNGDİR


Cəhənnəm əhlinin yeri divara vurulmuş mıx yeri kimi dardır. Divar mıxı sıxdığı kimi onlar da sıxıntıdadırlar. “Əl-furqan” surəsi, ayə 13: “Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər.”

Behişt əhli işıqda olduğu qədər Cəhənnəm əhli də əbədi zülmət, vəhşət içindədirlər. Necə ki, qaranlıq dalğalarla əhatə olunub, dərya dibində əsir olmuş şəxs! “Nur” surəsində buyurulmuşdur: “Onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu dalğanın üstündən də bir dalğa-zülmət üstündən zülmət örtər. Əlini bayıra çıxarsa, onu görə bilməz.” (ayə 40)





Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin