Save & Send (Сохранить и Отправить, Saxla və Göndər). Əmr cari kitabı müxtəlif formatlarta-Web-səhifədə, SharePoint proqramında, PDF/XPS formatında saxlamaq və elektron poçt, faksla və s. vasitələri ilə uzaq məsafədə yerləşən istifadəçiyə göndərməyə xidmət edir.
Help (Справка-Arayiş) - F1 - əmri proqram haqqında, mövzulara, terminlərə görə proqramla işləmək qaydası haqqında məlumatı əldə etmək üçün əmrlər toplusunu özündə saxlayır.
Options (Параметры-Seçimlər). Əmri Excel proqramının bəzi seçimlərini təyin etməyə imkan verir. Əmr yerinə yetirildikdə yeni pəncərə açılır və bu pəncərədə ümumi, düsturlar, orfoqrafik səhflərin yoxlanması, avtomatik yadda saxlama, dil, Lentanın yenilənməsi, Cəld keçid paneli, vərəqlərin sayının nizamlanması, animasiyalı xəbərdarlıq, rəng sxemləri (ağ, qara) və s. seçimlərin dəyişdirilməsi əmrləri əks olunur.