Format Painter (Формат по образцу- Nümunəyə görə format) – Ctrl+Shift+C - əmri seçilmiş xana formatın başqa xanalara köçürmək üçün istifadə olunur və aşağıdakı qaydada yerinə yetirilir:
1.Formatı başqasina köçürmək lazım olan xana seçilir;
2. düyməsi sıxılır:
3.Formatlaşdırılacaq xana seçilir;
Office Clipboard (Буфер Обмена-Mübadilə Buferi) - əməli yaddaşdan ayrılmış müvəqqəti yaddaşdır və özündə 24 fraqment saxlayır. Mübadilə Buferi vasitəsilə informasiyaları bir xanadan digər xanaya, həmçinin bir proqramdan digər proqrama daşımaq olar. Mübadilə Buferindəolan fraqmentlərin hamısını eyni zamanda daxil etmək və silmək mümkündür.
HOME bölməsində olan aşağıdakı düymələr üzərlərində əks elətdirdikləri şəkillərə uyğun əməliyyatları yerinə yetirir
WrapText (Перенос текста-Mətni keçir). Xananın kontentini bir neçə sətrdə göstərməklə bütün kontentin görünməsini təmin edir
Merqe&Center (Объеденить и поместить в центре- Birləşdir və mərkəzə yerləşdir). Bir neçə qeyd olunmuş xananı bir xanada birləşdirir və məlumatları mərkəzdə yerləşdirir. Bu əmrdən əsasən bir neçə sütuna başlıq yaratmaq üçün istifadə olunur.