S tyles (Стили ячеек, Xana üslubları). Bu əmr cari üslubu yenisilə əvəz etmək və ya üslubun ayrı-ayrı parametrlərini məs: şriftini dəyişməyə xidmət edir.
Insert (Вставить, Əlavəet) – vərəqə xanaların, sətirlərin, sütunların, vərəqin əlavə edilməsini təmin edir.
Delete (Удалить - Sil) - Əmr cari sətri, sütunu, xananı və ya qeyd olunmuş xanaları silir. Bu zaman açılmış xananın silinməsi dialoq pəncərəsində müvafiq olaraq Sətri (Строку), Sütunu (Столбец), Sola sürüşdürməklə (Ячейки со сдвигом влево), Yuxarıya sürüşdürməklə (Ячейки со сдвигом вверх) variantarından birini seçib, OK düyməsini sıxmaq kifayətdir.
Format (Формать, Format)-sətrin hündürlüyünü, sütunun enini tənzimləyir, həmçinin xananı, sətri, sütunu gizlədir-yenidən əks etdirir, vərəqin adını dəyişdirir, xananı bloklayır, vərəqi qorumaq üçün müdafıyə qoyur və s.
Autosum (Автосумма, Avtocəm) vərəqdə sətirlər, sütunlar üzrə avtomatik cəmləmə əməliyyatini yerinə yetirməklə aşağıdakı funksiyaların qiymətinin hesablanmasını da təmin edir.
Xanaya funksiya daxil etmək üçün düyməsindən də istifadə edilir.
Funksiya yazılışının ümumi qaydaları belədir:
Dostları ilə paylaş: |