Bu funksiyaları avtocəm düyməsinin sağındakı ox işarəsini vurub, açılan siyahıdan seçmək olar.
Fill (Заполнить, Doldur).Əmr qeyd olunmuş xanalara informasiyanın daxil olunmasını avtomatlaşdırır, təkrarlanan və ya müəyyən addımla artan ədədlərin klaviaturadan daxil etmə zərurətini aradan qaldırır. Məs: 165 ədədinin qeyd olunmuş xanalara təkrar daxil edilməsi tələb olunursa, kontekst menyunun müvafiq olaraq Aşağı (Вниз), Sağa (Вправо), Yuxarı (Вверх ), Sola (Влево) əmrlərindən birini yerinə yetirmək kifayətdir. Bu əməliyyatı kursoru cari xananın sağ küncündə qara kvadratın üzərinə qoyub, siçanın sol düyməsini sıxıb buraxmamaq şərtilə kursoru sağa, sola, yuxarı və ya aşağı istiqamətdə hərəkət etdirməklə də yerinə yetirmək olar. Əgər 65 ədədi cədvəldə həndəsi silsilə ilə artırsa, eyni qaydada həmin sahəni qeyd edib, tamamlama əmrinin Silsilə (Прогресия) kontekst əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış dialoq pəncərəsində addımı və silsilənin növünü (bizim halda həndəsi- (геометирическая) seçmək və OK düyməsini sıxmaq lazımdır
Sort&Filter (Сортировка и филтир, Sıralama və süzgəc). Əmr informasiyanı artma-azalma və əlifba sırası ilə ekranda əks etdirir. Əmri yerinə yetirməzdən öncə sıralanacaq informasiyanı qeyd etmək, sonra əmri yerinə yetirmək lazımdır. Bu zaman açılacaq dialoq pəncərəsində sıralanacaq birinci, ikinci, üçüncü sahələri (sütun və sətirləri), sıralanma istiqamətini (artma və azalma) qeyd edib OK düyməsini sıxmaq lazımdır. Əmr, əsasən, informasiyanı sütun boyu sıralayır. Tələb olunarsa, Parametrlər (Seçimlər) düyməsini sıxmaqla sıralanmanı sətr boyu aparmaq olar.