Filter (Фильтр, Süzgəc). Əmr ekranda yalnız müəyyən şərtləri ödəyən informasiyanın əks olunmasına xidmət edir. Kursoru əmrin üzərinə qoyduqda aşağıdakı əmrlərdən ibarət alt menyu açılır:
a) Avtofiltr (Автоseçim). Bu əmri yerinə yetirdikdə, birinci sətirdə açılan siyahıdan süzgəcin növünü (hamısını (все), ilk 10 sayda (первые 10), şərtlər (условия) və s.) seçmək lazımdır. Belə ki, adlarından məlum olduğu kimi “hamısı” süzgəci sütundakı bütün informasiyanı, ilk 10 sayda süzgəci müəyyən şərtləri ödəyən ilk 10 sayda informasiyanı ekranda əks etdirir. Şərt süzgəcini seçdikdə açılmış dialoq pəncərəsində iki şərti müəyyən etmək gərəkdir. Bu zaman “və”, “və ya” variantlarından birini seçməklə hər 2 şərt yerinə yetirildikdə və ya şərtlərdən biri yerinə yetirildikdə tələb olunan informasiyanın ekranda əks olunmasına nail olmaq olar.
b) Расширенный фильтр-Genişlənmiş süzgəc. Əmri yerinə yetirməzdən öncə şərtlər diapazonunu müəyyən etmək lazımdır. Məsləhətdir ki, şərtlər diapazonu yeni vərəqdə göstərilsin. Bu zaman şərtlər diapazonunun sütun başlığı informasiya mənbəyinin sütun başlığı ilə üst-üstə düşməlidir. Sonra əmri yerinə yetirdikdə açılan dialoq pəncərəsində şərtlər diapazonunu və informasiya mənbəyi diapazonunu göstərməli və nəticənin yerində (фильтровать список на месте) və ya başqa yerdə (скопировать результаты в другом месте) variantlarından birini müəyyən edib OK düyməsini sıxmaq lazımdır. Diapazonların müəyyən edilməsini “diapazon müəyyənedici” düymənin vasitəsi ilə həyata keçirmək olar.
v) Отобразить все-Hamısını əks etdirmək əmri süzgəc tətbiq edilmiş informasiyanı tamamilə ekranda əks etdirir.
Dostları ilə paylaş: |