Microsoft Excel 2010 elektron cədvəl prosessoru düyməsini sıxıb Baş menyudan Microsoft Excel



Yüklə 1,64 Mb.
səhifə18/35
tarix13.05.2022
ölçüsü1,64 Mb.
#115879
növüКнига
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
Movzu 7. MS Excell

Colmn (histoqram-sütun);

Line (qrafik-xətt);

Pie (dairəvi);

Bar (Zolaqlı);

Area (Sahələrlə);

Scatter (Paylanma);

OtherCharts (Digər diaqramlar).

Sparklines (Спарклайны, Yanma xətləri) Böyük həcmli verilənlərlə işləmək onları analiz etmək çətinlik törədir ona görə də Yanma xətləri adlanan kiçik diaqramlar verilənlərin yanında əks olunur və həmin verilənlərin mənasını əks elətdirməklə onlarda olan qanunauyğunluqların təyin edilməsini asanlaşdırır.

Slicer (Срез, Kəsim) əmri yekun cədvəllərin hesabatlarının hazırlanmasında verilənlərin siyahılarını açmadan sürətlə süzgəclənməsini təmin edir. Lakin sadə süzgəclənmədə isə açılmış cədvəllərdə bir neçə elementə görə süzgəclənmə aparmaq olur.

Hyperlink (Гиперссылка, Hiperəlaqə)-Ctrl+K. Əmr müxtəlif fayllara, Web sənədlərə əlaqəni təmin edir. Hiperəlaqə göstəricisini - mətni və ya obyekti seçdikdən sonra əmri yerinə yetirmək lazımdır. Açılmış pəncərədə faylın yolu və adı və ya URL ünvanı qeyd edilib OK düyməsi sıxılmalıdır. Bu qayda ilə müxtəlif sənədlər arasında əlaqə yaradıb birindən digərinə asanlıqla keçmək olar.

TextBox (Надпись, Mətn qutusu). Əmr mətn, şəkil, qrafik, diaqram üzərində digər mətn fraqmentini, şəkli, cədvəli və s. yerləşdirmək əməliyyatını yerinə yetirir. Burada hazır yazı formalarından və ya əmri yerinə yetirdikdə “+” forması almış kursoru, tələb olunan obyekt üzərinə qoyub siçanın sol düyməsini sıxmaqla hərəkət etdirdikdə çərçivə formasında yazı sahəsi açılır ki, bura mətn fraqmenti və ya ixtiyari obyekt (məsələn: şəkil) daxil etmək olar.

Header and Footer (Колонтитулы, Yuxarı və aşağı sərlövhə). Əmr vərəqdə yuxarı və aşağı sərlövhələrin yaradılmasını və redaktəsini təmin edir.

WordArt (Объекты WordArt, WordArt) əmrini yerinə yetirdikdə ilk növbədə, açılmış pəncərədə yaradılacaq yazının üslubunu seçmək lazımdır. Bu üslub seçilmiş mətn fraqmentinə və ya yeni daxil ediləcək mətnə tətbiq etmək olar.

SignatureLine (Строка подписи, İmza sətri) - əmri Exceldə və mətn redaktorunda rəqəmsal imzanın tətbiqini təmin edir. Bunun üçün qanuni rəqəmsal imza sertifikatina malik olmaq lazımdır.

Object (Объект, Obyekt). Əmr kursorun durduğu mövqeyə digər Windows əlavələrində və ya fayllarda yaradılmış obyektlərin cari sənədə daxil edilməsini təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə istifadə edəcəyiniz əlavəni seçib OK düyməsini sıxmaq lazımdır.

Equation (Формула, Düstur) - əmri cari vərəqə standart riyazi düsturların və riyazi ifadələrin daxil edilməsini təmin edir.

Symbol (Символ, Simvol).- əmrı vərəqdə kursorun durduğu xanaya klaviaturada nəzərdə tutulmayan simvolların daxil edilməsini təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə məqsədə uyğun simvolu seçmək lazımdır.



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin