Təsiredici xanalar (Влияющие ячейки) əmrini yerinə yetirdikdə düsturun yaranmasında iştirak edən xanalar oxla göstərilir. Asılı xanalar (Зависимые ячейки) əmrini yerinə yetirdikdə isə cari xananın iştirak etdiyi düsturun yerləşdiyi xana oxla göstərilir. Səhvlərin mənbəyi (Источник ошибки) əmri düsturda baş verən səhvlərin mənbəyini əks etdirir. Bütün oxları götürmək (Убрать все стрелки) əmri adından məlum olduğu kimi ekranda əks olan oxları ləğv edir. Asılılıqlar paneli (Панель зависимостей) əmrini yerinə yetirdikdə asılılıqlar paneli ekranda əks olunur və bu panelin köməyi ilə yuxarıda qeyd olunan əmrlər müvafiq düymələri sıxmaqla yerinə yetirilir .