Microsoft Excel 2010 elektron cədvəl prosessoru düyməsini sıxıb Baş menyudan Microsoft Excel


Evaluate Formula (Вычислить формулы, Düsturu hesabla)



Yüklə 1,64 Mb.
səhifə27/35
tarix13.05.2022
ölçüsü1,64 Mb.
#115879
növüКнига
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
Movzu 7. MS Excell

Evaluate Formula (Вычислить формулы, Düsturu hesabla). Düsturun bütün hədlərini və onun komponentlərini yoxlamaq üçün “Вычисление формулы” pəncərəsini açır. Burada düsturun yoxlanılmasını yerinə yetirmık olar.

Watch Window (Окно контролного значения, İzləmə pəncərəsi). Vərəqdə olan dəyişikliklə əlaqədər bəzi xanaların qiymətlərinə nəzarət etmək əməliyyatını yerinə yetirir. Bu qiymətlə kitabın hansı sahəsinin əks olunmasına baxmayaraq digər pəncərədə əks olunur.

Calculation Options (Параметры вычисления, Hesablama seçimləri). Yenidən hesablama aparmaq üçün yeni rejimin seçilməsini təmin edir. Susmaya görə qiymətin hər bir dəyişməsinə uyğun yenidən hesablama aparılır.

Burada bütün kitabda (F9) və cari vərəqdə (Shift+F9) hesablama əmrlərindən istifadə etmək olar.


DATA (Данные-Verilənlər) tabı
DATA (Данные, Verilənlər) tabı Connections, Sort&Filter, Data Tools, Outline qruplarından və bu qruplarda yerləşdirilmiş aşağıdakı əmrlərdən ibarətdir:


Get External Data (Импорт внешних данных, Digər mənbələrdən xarici Verilənlərin idxal olunması). Əmr MS-Access verilənlər bazasından, Web-səhifələrdən, mətn fayllarından və digər mənbələrdən göndərilmiş sorğular əsasında informasiyanı əldə edib cari vərəqə daxil etməyə xidmət edir.

Refresh All (Обновить все, Hamısını yenilə) Ctrl+Alt+F5. Əmr sorğu əsasında cari vərəqə verilənlər mənbəyindən daxil edilmiş bütün informasiyaları təzələməyə xidmət edir.

Connections (Подключение, Bağlantılar). İki kitabda olan verilənlərə bütün birləşmələri əks elətdirir.Yəni xarıci verilənlərə istinadları əks elətdirir və mənbədə dəyişiklik olarsa bu birləşmələr avtomatik yenilənir.

Properties (Свойства, Xüsusuyyətlər). Verilənlər mənbəyi ilə əlaqəli xanaların necə təzələnəcəyini, mənbədən hansı kontentlərin gösrəriləcəyini və verilənlər mənbəyində sətirlərin və ya sütunların sayındakı dəyişikliklərin iş kitabında işlənəcəyini əks elətdirir.

Edit Links (Изменить связи, Əlaqələri redaktə et). Cari elektron cədvəllə əlaqəsi olan bütün fayllara baxışı təmin edir və sonra yaranməş əlaqələri yeniləyir və ya ləğv edir.

Sort (Сортировка, Sırala). Əmr informasiyanı artma-azalma və əlifba sırası ilə (A-Z, Z-A) ekranda əks etdirir. Əmri ye­rinə yetirməzdən öncə sıralanacaq informasiyanı qeyd et­mək, sonra əmri yerinə yetirmək lazımdır. Bu zaman açılacaq dialoq pəncərəsində sıralanacaq birinci, ikinci, üçüncü sahələri (sütun və sətirləri), nizamlama istiqamətini (artma və azalma) qeyd etməli və OK düyməsini sıxmaq lazımdır. Əmr, əsasən, informasiyanı sütun boyu nizamlayır. Tələb olunarsa, Parametrlər (Параметры) düyməsini sıxmaqla nizamlamanı sətr boyu aparmaq olar.

Filter (Фильтр, Süzgəc) - Ctrl+Shift+L. Əmr ekranda yalnız müəyyən şərtləri ödəyən informasiyanın əks olunmasına xidmət edir. Kursoru əmrin nişanı üzərinə qoyduqda aşağıdakı əmrlərdən ibarət alt menyu açılır:

a) Avtofiltr (Автофильтр). Bu əmri yerinə yetirdikdə, birinci sətrdə yaranan açılan siyahıdan filtrin növünü (hamısını (все), ilk 10 sayda (первые 10), şərtlər (условия) və s. seçmək lazımdır. Belə ki, adlarından məlum olduğu kimi “hamısı” filtri sütundakı bütün informasiyanı, ilk 10 sayda filtri müəyyən şərtləri ödəyən ilk 10 sayda informasiyanı ekranda əks etdirir. Şərt filtrini seçdikdə açılmış dialoq pəncərəsində iki şərti müəyyən etmək gərəkdir. Bu zaman “və”, “və ya” variantlarından birini seçməklə hər 2 şərt yerinə yetirildikdə və ya şərtlərdən biri yerinə yetirildikdə tələb olunan informasiyanın ekranda əks olunmasına nail olmaq olar.

b) Genişlənmiş filtr (Расширенный фильтр). Əmri yerinə yetirməzdən öncə şərtlər diapazonunu müəyyən etmək la­zımdır. Məsləhətdir ki, şərtlər diapazonu yeni vərəqdə göstərilsin. Bu zaman şərtlər diapazonunun sütun başlığı informasiya mənbəyinin sütun başlığı ilə üst-üstə düşməlidir. Sonra əmri yerinə yetirdikdə açılan dialoq pəncərəsində şərtlər diapazonunu və informasiya mənbəyi diapazonunu göstərməli və nəticənin yerində (фильтровать список на месте) və ya başqa yerdə (скопировать результаты в другом месте) variantlarından birini müəyyən edib OK düyməsini sıxmaq lazımdır. Diapazonların müəyyən edilməsini “diapazon müəyyənedici” düymənin vasitəsi ilə həyata keçirmək olar.

c) Hamısını əks etdirmək (Отобразить все) əmri filtr tətbiq edilmiş informasiyanı tamamilə ekranda əks etdirir.




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin