Validation (Проверка, Verilənlərin Yoxlanılması). Əmr informasiya daxil olunan zaman səhv baş verməsinin qarşısını almağa xidmət edir. Əmri yerinə yetirdikdə açılmış dialoq pəncərəsində daxil olunacaq informasiyanın tipini, alacağı qiymətlər oblastını, daxil olunacaq informasiya və səhv haqqında məlumatları müəyyən edib OK düyməsini sıxmaq lazımdır. Bundan sonra informasiya düzgün daxil olmadıqda bu haqda ekranda məlumat əks olunacaq.
Consolidate (Консолидация, Konsolidasiya). Əmr bir neçə diapazonda olan qiymətləri yeni bir diapazonda birləşdirir. Əmri yerinə yetirdikdə açılmış dialoq pəncərəsində tələb olunan diapazonları müəyyən edib Əlavə etmək (Добавить) düyməsini, sonra OK düyməsini sıxmaq lazımdır
“Nə-əgər Təhlili”-əmri vərəqdəki düsturlar üçün müxtəlif qiymətləri yoxlayır.