Şərti formatlaşdırma
Xanalara yalnız müəyyən şərtlər ödəndikdə aktiv olan formatlar tətbiq etmək olar.
Misal : Şərti formatın tətbiqi
Tutaq ki,tələbələrin imtahanlardan aldıqları qiymətlərin siyahısı verilmişdir.
Aşağıdakı cədvəl tərtib edilib, B3 xanasından B8 xanasına qədər seçilir.
Sonra Главная menyusunun Стили bölməsindən Условные форматирование əmri seçilir.Açılan siyahının Цветовые шкалы əmrinin alt əmrlərindən istifadə edilir.
Mövzu 4:Microsoft Excel cədvəl redaktorunda funksiyalar
1.Düsturlarda tətbiq olunan operatorlar
Əgər düsturların tətbiq edilmə imkanı olmasaydı, cədvəlləri mətn redaktorlarından biri, məsələn,Word proqramı vasitəsilə də yararmaq olardı.Excel-i cədvəl prosessoru edən və ona üstünlük verən cəhət elə onun düsturlarının və güclü funksiyalar ustasının olmasıdır.
Xanaya düstur daxil edərkən mütləq = işarəsini yazmaq lazımdır.
Excel-də hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçrilir.
əvvəlcə mötərizə daxilindəki əməliyyatlar icra olunur.
vurma və bölmə əməliyyatları toplama və çıxmadan əvvəl icra olunur.
eyni səviyyəli əməliyyatlar soldan-sağa doğru icra olunur.
Məsələn,əgər boş bir xanaya uşaq vaxtından bildiyimiz =2+2/2 düsturunu daxil etsək,nəticədə 3 alacağıq.Yəni Excel əvvəlcə 2-ni 2-yə bölür və sonra alınan cavabın üzərinə 2 gəlir.
Əməliyyatların icra olunma ardıcıllığını dəyişmək üçün mötərizələrdən istifadə olunur.Əgər bundan qabaqkı düsturu =(2+2)/2 şəklində yazsaq,cavabda 2 alacağıq.Yəni Excel əvvəlcə mötərizə daxilindəki əməliyyatı icra edir.
|
A
|
B
|
1
|
=7*4+12/6-3
|
|
2
|
=(7*4)+12/(6-3)
|
|
3
|
=7*(4+12)/6-3
|
|
4
|
=7*(4+12)/(6-3)
|
|
Misal : İstifadəçinin düsturlarının tətbiqi
1.Aşağıdakı cədvəl yığılır.
2.A1xanasındakı ədədin B1 xanasındakı ədədin neçə faizi olmasını hesablamaq üçün C1 xanasına =A1/B1 düsturu yazılır.
3.C1 xanasına faiz formatı tətbiq etmək üçün Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsi sıxılır.
4.C2 xanasına =A2^B2 düsturu yazdıqda nəticədə 64 alınır.
Bu o deməkdir ki,qüvvətə yüksəltmə əməliyyatı aparıldı.Yəni A1 xanasındakı ədəd B1 xanasındakı ədəd qədər özü-özünə vuruldu.(4*4*4=64)
Müəyyən bir sütunda eyni tipli düsturlar yazılacaqsa ,onları hər dəfə təkrar daxil etməmək üçün Mouse (Siçan) vasitəsilə sürüşdürərək köçürmək daha məqsədə uyğundur. Fikrimizi misallarla izah edək.
Misal :Düsturların sürüşdürülməsi
Tutaq ki ən yüksək qiymətin 50 olmasını nəzərə alaraq , hər bir tələbənin faizini hesablamaq tələb olunur.
1.Aşağıdakı cədvəli yığılır.
2.C2 xanasına keçib və oraya =B2/50 düsturu yazılır.
3.Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsini sıxılır.
Deməli,digər xanalara düsturlar bir başa deyil , sürüşdürmə vasitəsilə daxil edildi.
Bəzən sürüşdürmə zamanı ünvanların dəyişdirilməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.Bunun qarşısını almaq zəruriyyəti yaranır.Onda düsturlara xanaların ünvanını mütləq halda daxil etmək lazımdır.
Xananın ünvanının mütləq halı $ işarəsi ilə göstərilir.Məsələn, G9 xanasını mütləq halda göstərmək üçün onu $G$9 kimi daxil etmək lazımdır.
Misal:Xanaların mütləq halı
Tutaq ki,ən yüksək qiymət müəyyən bir xanada verilmişdir.Bu xanadakı qiyməti nəzərə alaraq ,hər bir tələbənin faizini hesablamaq tələb olunur.
4. Mouse-un (Siçan) oxu xananın sağ aşağı küncünə gətrilir və ox + formasını aldıqda sol düymə ilə tutub C9 xanasına kimi sürüşdürülür.Bu zaman cədvəl yuxarıdakı kimi alınır.
Qeyd edək ki,xananın sətir və sütun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər.Bunun üçün xananın ünvanını aşağıdakı kimi vermək lazımdır.
$A$4- yazılışı xananın həm sətir,həm də sütun ünvanını dəyişməz edi.
A$4 - yazılışı xananın ancaq sətir ünvanını dəyişməz edir.
$A4 - yazılışı xananın ancaq sütun ünvanını dəyişməz edir.
Misal :Vurma cədvəli yaradın.
1.A1 xanasını boş saxlayıb, B1xanasına 1,C1 xanasına 2 yazıb
sonra hər iki xananı birlikdə seçib,mışkanı xananın sağ küncünə gətirib sağa doğru çəkin.
2.A2 xanasına 1, A3 xanasına 2 yazıb ,sonra hər iki xananı birlikdə seçib,mışkanı xananın sağ küncünə gətirib aşağıya doğru çəkin.
3.Sonra B2 xanasına keçib = $A2*B$1 yazın (A2 xanasını seçib F4 düyməsini 3-dəfə,B1 xanasını seçib F4 düyməsini 2-dəfə sıxın) və Enter düyməsini sıxın.
Sonra kursoru B2 xanasının sağ küncünə gətirib üfiqi və şaquli istiqamətdə çəkin.Bu zaman cədvəl aşağıdakı kimi olacaq.
Misal:Bir neçə səhifədəki informasiyadan bir formulda istifadə edilməsi.
Tutaq ki, list1-də tələbələrin I-semestr imtahanlarının nəticələri;
list2-də II-semestr imtahanlarının nəticələri;
l ist3-də 1-ci və 2-ci semestr imtahanlarının balları əsasında orta balı hesablamaq tələb olunur.
List1-də aşağıdakı cədvəli qurun.
List2-də aşağıdakı cədvəli qurun.
List3-də aşağıdakı cədvəli qurun.
B4 xanasına keçib = (List1!B4+List2!B4)/2 yazıb Enter düyməsini sıxın.Onda cədvəl aşağıdakı kimi olacaqdır.
Dostları ilə paylaş: |