3.İşçi vərəqlərin idarə edilməsi
İşçi vərəq üzərində müxtəlif əməliyyatlar aparmaq üçün Главная menyusunun Ячейки bölməsindəki əmrlərdən ( və yaxud da onun kontekst menyusundakı əmrlərdən ) istifadə etmək lazımdır.
Misal .İşçi vərəqin adının dəyişdirilməsi üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə yetrilməlidir.
1.Главная menyusunun Ячейки bölməsindən Формат əmri,ekrana açılan siyahıdan isə Переименовать лист əmri seçilir.
Bu zaman işçi vərəqin adı qeyd olunur.Klaviaturadan Delete düyməsi sıxılaraq onu pozur .Sonra yeni ad yazılıb Enter düyməsi sıxılır.
Misal .İşçi vərəqin gizlədilməsi üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə
yetrilməlidir.Главная menyusunun Ячейки bölməsindən Формат əmri , ekrana açılan siyahıdan isə Скрыть или отобразить və Скрыть Лист əmrləri seçilir.
Bu zaman cari işçi vərəq gizli qalacaqdır.
Misal .Gizli işçi vərəqin göstərilməsi üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə yetrilməlidir. Главная menyusunun Ячейки bölməsindən Формат əmri,açılan siyahıdan Отобразить Лист əmri seçilir.
Misal .İşçi kitabı gizli etmək üçün Вид menyusunun Окно bölməsindən Скрыть Окно əmrini seçilir.
Bu zaman işçi kitab öz görünüşünü dəyişəcəkdir.
Misal .Gizlədilmiş işçi kitabı göstərmək üçün Вид - Окно – Отобразить Окно əmrləri ardıcıl seçilir.Ekrana Вывод на екран скрытого окна книги pəncərəsi açılır.
Ekrana açılan pəncərədən lazım olan kitab seçilib OK düyməsi sıxılır.
Eyni zamanda bir neçə kitabla işlədikdə , bir kitabdan digərinə keçmək üçün Ctrl+F6 düymələrini birlikdə sıxmaq lazımdır.
Bu əməliyyatı Вид menyusunun - Окно bölməsindəki перейти в другое окно əmri vasitəsilə də yerinə yetirmək olar. Окно bölməsindəki digər əmrlər aşağıdakı funksiyaları yerinə yetirir
Новое- cari işçi kitab üçün yeni pəncərə açır
Скрыть окно –Cari işçi kitabı gizlədir
Отобразить окно-Gizlədilmiş işçi kitabı görsədir
Расположить – ekranda açıq olan pəncərələri səliqəli düzür
Разделить – işçi kitab pəncərəsini iki hissəyə bölür və hər iki hissədə cədvəlin müxtəlif istiqamətlərinə baxmaq olar.
Əməliyyatı geri qaytarmaq üçün yenidən Окно menyusundan- Разделить əmrini seçmək lazımdır.
Dostları ilə paylaş: |