Microsoft Excel cədvəl redaktoru haqqında ümumi məlumat


Microsoft Excel pəncərəsinin elementləri



Yüklə 7,72 Mb.
səhifə2/15
tarix10.01.2022
ölçüsü7,72 Mb.
#108471
1   2   3   4   5   6   7   8   9   ...   15
2. Microsoft Excel pəncərəsinin elementləri
Microsoft Excel cədvəl redaktorunu açmaq üçün

Пуск –Программы - Microsoft Offise - Microsoft Excel 2007 əmrlərini ardıcıl seçirik.






Bu zaman ekrana proqramın pəncərəsi açılır.

Pəncərə başlığı




Menyu sətri

Cari xananın nömrəsi- Düstur sətri

İşçi sahə- sənəd pəncərəsi

Sürüşdürmə çubuqları

Microsoft Excel-də yaradılan və ya redaktə edilən hər bir sənəd işçi kitab adlanır.İşçi kitabın /fayın tipi *.xl-dir.Yeni işçi kitabı yaratmaq üçün Настройка панели быстрого доступа panelindən – Создать düyməsi sıxılır.Bu zaman ekrana iç-içə yerləşmiş iki pəncərə açılır.

Bunlardan altda olan proqram pəncərəsi,üstdə içəridə görünən isə fayl pəncərəsi adlanır.Əgər fayl pəncərəsi maksimum böyüdülərsə,fayl pəncərəsinin başlığı ilə proqram pəncərəsinin başlığı birləşib tək bir başlıq kimi görsənəcək.

Açılan proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir.

Pəncərə başlığında – proqramın adı və cari işçi kitabın adı yazılır. Книга1-Microsoft Excel.Bu fayl yaddaşa yazılana qədər adı Книга1 olacaqdır

.

Bir işçi kitabda başlanğıcda 3 işçi vərəq olur.İşçi vərəqlərin sayı əməli yaddaşın həcmindən (RAM) asılı olaraq 255-ə qədər ola bilər.



Hər bir vərəq latın əlifbasının hərfləri ilə işarə olunmuş 256 sütuna və rəqəmlərlə nömrələnmiş 65536 sətrə, 16777216 ədəd xanaya malikdir.

Microsoft Excel 2007-versiyasında sətirlərin sayı artırılmış , sütunlar isə üç hərfli kombinasiya ilə verilmişdir.Latın əlifbasında 26 hərf olduğundan digər sütunlar bu hərflərin kombinasiyası ilə işarə olunur.

Məsələn AV,VS,AAA,AAB və.s Hər bir xana müvafiq sütun və sətrə uyğun xanayla təyin olunur.

Məsələn T1208 xanası göstərir ki,bu xana T-sütunu ilə 1208 sətrin kəsişməsindən əmələ gəlmişdir.

Excelin menyu sətri aşağıdakı bölmələrdən ibarətdir.

Главная , Вставка , Разметка страницы ,Формулы , Данные

Рецензирование , Вид

Главная menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Буфер обмена,Шрифт, Выравнивание, Число, Стили, Ячейки,

Редактирование




Вставка menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Таблицы, Иллюстрации, Диаграммы, Связи, Текст

Разметка страницы menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Темы, Параметры страницы, Вписать, Параметры листа



Формулы menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Библиотека функций, Определенные имена, Зависимости формул , Вычисление

Данные menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Получить внешние данные, Подключения , Сортировка и фильтр, Работа с данными , Структура


Рецензирование menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Правописание, Примечания, Изменения




Вид menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Р ежимы просмотра книги , Показать или скрыть , Масштаб, Окно, Макросы


M S Offise paketinə daxil olan proqramların alətləri imkan daxilində standartlaşdırılmışdır.Yəni eyni bir düymə bütün proqramlarda eyni vəzifəni icra edir.Məsələn Открыть düyməsi bütün proqramlarda mövcud faylın açılmasına xidmət edir. Bununla yanaşı hər proqramın fərqləndirici xüsusiyyətlərindən asılı olaraq ,yalnız həmin proqrama aid olan spesifik alətlər də vardır.

Məsələn Формула menyusunda yerləşən Fx-düyməsi yalnız
Excel proqramında işlədilir və vəzifəsi funksiyalar ustasını çağırmaqdır.

Автосумма –cəmləmə funksiyasını tətbiq edir.

Вставка menyusunda yerləşən Диаграмма bölməsindəki əmrlər diaqramı tərtib edir və onu işçi vərəqdə yerləşdirir.




Cədvəlin xarici görünüşünü dəyişmək, verilənlər üçün müxtəlif tip formatlar tətbiq etmək üçün Главная menyusunda yerləşən bölmələrdən istifadə edilir.







Денежный формат- ədədləri valyuta formasında göstərir.






Процентный формат (CTRL+Shift+%) - ədədləri faiz formatında göstərir.
Ф ормат с разделителями - ədədləri minlik mərtəbələrə bölür.
У величить разрядность- ədədin kəsr hissəsini bir mərtəbə artırır.


Уменшить разрядность- ədədin kəsr hissəsini bir mərtəbə azaldır.

Bu bölmədə yalnız Excel proqramına məxsus düymələrin izahatı verilmişdir.Digər düymələrin vəzifələri word mətn redaktorunda izah edilmişdir.


Yüklə 7,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin