Microsoft Excel cədvəl redaktoru haqqında ümumi məlumat


Mövzu:2 Microsoft Excel cədvəl redaktorunda xanalar və işçi vərəqlər



Yüklə 7,72 Mb.
səhifə4/15
tarix10.01.2022
ölçüsü7,72 Mb.
#108471
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu:2 Microsoft Excel cədvəl redaktorunda xanalar və işçi vərəqlər
1.Xanalarda verilənlərin daxil və redaktə edilməsi

İşçi kitabın hər bir vərəqi 16777216 ədəd xanadan ibarətdir.Xanalar arası keçidi həm klaviatura, həm də siçan vasitəsilə həyata keçirmək mümkündür.Xanaya mətn daxil edilərkən xananın forması dəyişir və düsturlar sətrinin sol tərəfində aşağıdakı düymələr görsənir.



- daxil etməni ləğv edir.

- daxil etməni təsdiq edir.

-- Fx-funksiyalar ustasını cağırır.



Əgər daxil edilən mətn xanaya yerləşmirsə ,mətnin davamı qonşu boş xanalara keçir.Mətnin daxil edilməsinin sonunu bildirmək üçün Enter düyməsi sıxılır.Əgər ədədin ölçüsü xananın ölçüsündən böyükdürsə ,onda xanada xE+x formatında simvollar görsənir.

Xanaya düstur daxil etmək üçün əvvəlcə = işarəsi yazılır.Arxasınca düsturun özü yazılır.

Məsələn,A3 xanasında =A1+A2 düsturu yazılsa,onda həmin xanada A1vəA2 xanalarında olan ədədlərin cəmi görsənəcəkdir.Xanaya informasiya daxil etməyə başlayan kimi ,orada əvvəlcədən olan məlumatlar silinir.

Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar.

1.Mouse-un (Siçan) sol düyməsini xananın üzərində iki qat sıxmaqla.

2.Xana üzərində F2 düyməsini sıxmaqla.

3.Kursoru düstur sətrinə gətirmək və orada redaktə etməklə.

Xananın tərkibini silmək üçün,həmin xananı qeyd edib Delete düyməsini sıxmaq,yaxud Главная menyusunun Редактирование bölməsindən Очистить əmrini seçmək lazımdır.Bu zaman ekrana siyahı açılır.

Açılan siyahıdan Очистить cодержимое əmri seçilir.

Misal: Xananın tərkibinin redaktə edilməsi.

1.A1 xanasından başlayaraq aşağıdakı cədvəl yığılır.




2.A2 xanasına keçib F2 düyməsi sıxılır. "Murad" sözü “Aytac” sözü ilə əvəz edilib Enter düyməsi sıxılır.

3.B4 xanasına keçilir. Mouse-un (Siçan) oxu formula sətri üzərinə gətrilib sol düymə sıxılır.168.9 ədədi 161.2 ədədi ilə əvəz edilərək Enter düyməsi sıxılır.

3. Mouse-un (Siçan) sol düyməsini C3 xanası üzərində ikiqat sıxıb, 487 ədədini 421.56 ədədi ilə əvəz edərək Enter düyməsi sıxılır.

Bu əməliyyatlardan sonra cədvəl aşağıdakı kimi olacaqdır.


Bir neçə xanaya eyni vaxtda eyni məlumat daxil etmək üçün ,əvvəlcə həmin xana seçilib, hər hansı bir söz yazılır.Sonra Mouse-un (Siçan) oxu 1-ci xananın sağ küncünə gətrilir. Ox “+” formasını alanda aşağıya doğru çəkilir.

Əgər işçi səhifədə yan-yana və alt-alta yerləşmiş xanaya ardıcıl məlumatlar daxil etmək lazımdırsa ,əvvəlcə ilk iki ardıcıl məlumat ilk iki xanaya daxil edilir və seçilir.Sonra Mouse-un (Siçan) oxu 2-ci xananın sağ küncünə gətrilib, ox “+” formasını alanda aşağıya doğru çəkilir.

Əgər qeyd olunmuş xanada ədəd yazılıbsa dartma zamanı “Ctrl” düyməsi basılarsa ilkin xanadakı ədəd 1 vahid artırılaraq digər xanalara yazılacaq.

Xanada hər hansı bir dəyişiklik edib,yadda saxlamaq lazım gələrsə, onda əvvəlcə həmin xana seçilir.Sonra kontekst menyudan Вставить примечание əmri və yaxud da Рецензирование menyusunun Примечания bölməsindən Создать примечани əmri seçilir.



Açılan kiçik pəncərədə dəyişiklik edilib Enter düyməsi sıxılır.

Xanaya verilən izahatı silmək üçün əvvvəlcə həmin xana seçilir.Sonra Главная menyusunun Редактирование bölməsindən Очистить əmri seçilir. Bu zaman ekrana siyahı açılır.

Açılan siyahıdan Очистить примечания əmri seçilir.

Xananın formatını silmək üçün Главная menyusunun Редактирование bölməsindən Очистить əmri seçilir.Bu zaman ekrana siyahı açılır. Açılan siyahıdan Очистить форматы əmri seçilir.

Xananın daxilini silmək üçün kontekst menyudan Очистить содержимое və yaxud da Главная – Редактирование – Очистить - Очистить содержимое əmrlərini ardıcıl seçmək lazımdır.

Xananın formatı ilə yanaşı bütün məlumatı silmək üçün Главная - Редактирование – Очистить - Очистить все əmrlərini ardıcıl seçmək lazımdır.

Məlumatları axtarmaq və dəyişdirmək üçün Главная menyusunun Редактирование bölməsindən Найти и выделить əmri seçilir. Bu zaman ekrana siyahı açılır.



Açılan siyahıdan Найти əmri seçilir.Bu zaman ekrana Найти и заменить pəncərəsi açılır.




Açılan pəncərənin Найти sətrinə axtarılan söz , Заменить на sətrinə isə əvəz ediləcək söz yazılıb – Заменить все əmri seçilir.

Excel-də formulların yazılışını sadələşdirmək üçün xana ünvanı yerinə xana adlarından istifadə etmək məqsədə uyğundur.Excel- də xanaya və xana sahələrinə xüsusi adlar verilə bilər.Bunun üçün Формулы menyusunun определенные имена bölməsindən Присвоить имя əmri seçilir.Bu zaman ekrana Создание имени pəncərəsi açılır.

Диапозон sətrində seçilmiş xananın sahə ünvanı görsənir.

Имя - sətrinə seçilmiş xananın adı yazılıb OK düyməsi sıxılır.

Bu zaman yazdığımız ad düstur sətrindən sol tərəfdə yerləşmiş adlar sahəsində görsənəcək.




Yüklə 7,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin