Разделить Закрепить области rejimləri
Böyük cədvəllərlə,siyahılarla işləyərkən onlar çox vaxt ekrana tam yerləşmir və cədvəlin müxtəlif hissələrinə baxmaq üçün sürüşdürmə çubuqlarından istifadə edilir.Cədvəlin müəyyən hissəsini həmişə ekranda saxlamaq üçün Вид menyusunun Окно bölməsindəki Закрепить области əmrindən istifadə edilir. Разделить və Закрепить области rejimlərinin fərqi ondadır ki, Разделить rejimində – işçi kitab pəncərəsini iki hissəyə bölür və hər iki hissədə cədvəlin müxtəlif istiqamətlərinə baxmaq olar.Закрепить области rejimində isə cədvəlin aktiv xanadan soldakı və yuxarıdakı hissəsində olan verilənlər yerlərini dəyişmirlər və sanki dondurulmuş vəziyyətdə qalırlar.
Misal . Закрепить области rejiminin tətbiqi.
1.Aşağıdakı cədvəl yığılır,B3 xanası aktiv edilib, Вид menyusunun Окно bölməsindən Закрепить области əmri seçilir.
2.Bundan sonra markeri aşağıya və ya sağa doğru hərəkət etdirdikdə ayların və malların adları ekranda qalacaqdır.
3.Bu rejimi götürmək üçün Окно bölməsindək i- Закрепить области- Снять закрепление областей əmrləri ardıcıl seçilir.
Mövzu:3 Microsoft Excel cədvəl redaktorunda verilənlərin formatları
1.Xanalar üçün xətlərin və rənglərin seçilməsi
Xanalarda yazılmış informasiyanın və xananın özünün cədvəldə necə görsənməsi həmin verilənlərə və xanalara tətbiq edilmiş formatlardan asılıdır.
Xananın formatı dedikdə həmin xananın daxili rəngi, kənar xətlərinin forması verilənlərin xana daxilində yerləşdirilməsi qaydası başa düşülür.
Verilənin formatı dedikdə isə
onuntipi(mətn,ədəd,tarix,valyuta,faiz),rəngi,qalın,maili və ya altıxətli olması nəzərdə tutulur.
Hər bir verilənin və xananın formatını müəyyən etmək üçün Главная menyusunda yerləşmiş Шрифт, Выравнивание, Число bölmələrindən istifadə etmək lazımdır.
Burada hər bir bölmədən verilənlər və xanalar üçün müxtəlif formatlar seçmək mümkündür.
Xanaların daxilini rəngləmək üçün Главная menyusunda yerləşmiş Стиль bölməsindəki verilənlərdən istifadə etmək lazımdır.
Шрифт bölməsindəki Цвет текста əmrindən isə xanalara daxil edilən simvollara müxtəlif rənglər vermək üçün istifadə olunur.
Cədvəllərə tərtibat vermək və ya vacib xanaları fərqləndirmək üçün xanalar müxtəlif formalı və rəngli kənar xətlərlə əhatə edilir.Kənar xətlər və xətlərin rəngləri Формат ячеек dialoq pəncərəsinin Граница səhifəsindən seçilir.
Misal:Xətlərin seçilməsi.
1.İşçi vərəqdə B2 xanasından E10 xanasına kimi seçilir.
2.Главная menyusunun Ячейки bölməsindən Формат - Формат ячеек əmrləri seçilir..Ekrana Формат ячеек dialoq pəncərəsi açılır.
3.Açılan pəncərənin Граница səhifəsinə keçilir.
4.Тип линии sahəsindən qoşa xətt seçilib, Внешние düyməsi sıxılır.
5. Тип линии sahəsindən tək xətt seçilib Внутренние düyməsi sıxılır.
Bu əməliyyatdan sonra aşağıdakı cədvəl alınacaqdır.
Dostları ilə paylaş: |