2.Xanalara şriftlərin tətbiqi
Hər bir xanadakı verilənə sistemin imkan verdiyi istənilən şrift tətbiq etmək mümkündür.Yəni bir xana və xanalar qrupu üçün Azeri,digərləri üçün isə Arial seçmək olar.
Bütöv işçi vərəqi seçmək üçün sətir nömrələri ilə sütun adlarının kəsişdiyi sahədəki düymən sıxılır.Bundan sonra Формат ячеек dialoq pəncərəsinin Шрифт səhifəsinə keçilir.Açılan pəncərədən xanalar üçün şriftlərin formaları, stili,ölçüsü və digər parametrləri təyin edilir.
Exceli-ın işçi vərəqləri müstəqil xanalardan təşkil olunduqları üçün şriftin seçilməsi zamanı kursor bir xananı əhatə edirsə, onda seçilmiş şrift məhz bu xanaya aid ediləcəkdir.Xanaların belə xüsusiyyətlərə malik olmaları Excel-də şriftlərlə iş zamanı istifadəçilər üçün bəzi çətinliklər törədir.Buna görə də hər hansı bir şrift bir qrup xanaya tətbiq edilməlidirsə,onda əvvəlcə həmin xanalar bloka alınmalı və sonra lazımi şrift seçilməlidir.
Выравнивание səhifəsindəki rejimlər vasitəsilə verilənləri xana daxilində müxtəlif istiqamətlərdə yerləşdirmək mümkündür.
Buradakı По горизонтали sahəsindən verilənlərin üfiqi
По вертикали sahəsindən isə verilənlərin şaquli istiqamətdə bərabərləşdirilməsi müəyyən edilir.
Ориентация – sahəsində isə verilənlərin xana daxilində yerləşməsi istiqaməti seçilir.
Burada əlavə olaraq bir neçə faydalı rejimlər də vardır.
Пероносить по словам – mətni xana daxilində bükür və onun davamının qonşu xanalara keçməsinin qarşısını alır.
Автоподбор ширины – davamı qonşu xanaya keçmiş mətni xananın daxilinə tam yerləşənə qədər kiçildir.
Обьединение ячеек – seçilmiş xanaları birləşdirir.
Dostları ilə paylaş: |