Texnologiya həyatına Active Directory əsas anlayış kimi Windows Server 2000 ilə daxil olub. Lakin bu texnologiya Windows NT üzərində şəbəkədəki obyektləri idarə etmək üçün yaradılmış “Windows NT Directory Services“ adlı xidmətin davamı və tam təkmilləşdirilmiş formasıdır. Active Directory xidməti Microsoft Server 2000 ilə inkşaf etdirilərək Server 2003/2008/2012 məhsullarında ciddi yeniliklər əlavə olundu və imkanları genişləndirildi. Zənnimcə Active Directory xidmətinə Mərkəzi İdaretmə Sistemi kimi yanaşsaq yanılmarıq. Active Directory və yaxud Domain adlandırdığımız bu xidmət mərkəzi baza şəkilində çalışaraq, obyektlərin (istifadəçi, komputer, printer və s.) bir mərkəzdən nəzarətinə və idarə olunmasına geniş imkan yaradır. Active Directory təməlini təşkil edən əsas elmentlərdən biridə LDAP xidmətidir. Active Directory sorğularında LDAP-xidmətindən yararlanır, belə standartlar Active Directory-nın Linux/Unix kimi başqa sistemlərlə inteqrasiyasına imkan yaradır.