Organizational Unit: Domain daxilindəki istifadəçı, komputer və s. obeyktlərin idarə olunmasını asanlaşdırır və şirkət daxilində nəzarət üçün doğru bir dizayn qurmağa imkan tanıyır. OU-lar system inzibatçılarının düşüncəsi və yaxud şirkətin quruluşu əsasında formalaşır, bu zaman group policy tətbiqləri və obeyktlərin idarə olunması xeyli sadələşir.
Tree and Forests:Forest içindəki domainlər müəyyən olunmuş adlandırma və iyerarxiya (hierarchical) çərçivəsində Tree-ləri əmələ gətir.
Forest: Bir və ya daha çox ayrı-ayrı domain tree-lərinin əmələ gətirdiyi bir quruluşdur. Forest yaradılarkən yaranmış ilk Tree Forest-Rootadlandırılır və digər Tree-lər bu Forest Root altına əlavə olunur. Forestdə qurulmuş ilk domain Forest-Root Domain adlandırılır. Forestə əlavə olunmuş digər Tree-lər eyni ada malik olmasalar da eyni schema və qlobal kataloqu istifadə edəcəklər.