Global Catalog: GC-lar Active Directory obyektləri haqqındakı sorğulara cavab vermək üçün dizayn olunmuşdur. İlk qurulmuş DC həmçinin GC funksiyasına malik olur, ehtiyac olduğu halda digər DC-lər üzərində GC funksiyası aktivləşdirilə bilər. Global Catalog-un iş prinsipi Unversal Group üzvlük vasitəsilə şəbəkəyə daxil olmanı və forest içində gerçəkləşdirilən sorğular üçün düzgün informasiyanı DC üzərindən təmin etməkdir.
Active Directory Schema:Active Directory bazasındakı obyektlər və onların xüsusiyyətləri haqqındakı məlumatlardan ibarətdir. Forest strukturu yalnız bir Schemadan ibarət olur və bütun obyektlər haqqında informasiyalar həmin Schema üzərinə yazılır. Hazırda Schema versiyaları aşağdakı kimidir.