Domain xidmətinin yüklənmsənin ardından bəzi qısa testlər gerçəkləşdirərək AD DS-nin işlək olub olmadığını təsdiqləmək mümkündür. Bu nəticələr əsasında gələcəkdə yarana biləcək çətinliklərin öncədən qarışısını almaq və yaxud bu xidmətin doğru çalışıb çalışmadığından əmin ola bilərik. Sistemə daxıl olduqdan sonra aşağdakı bəzi əmrləri icra edərək nəticələrə nəzər yetirək. Qeyd etmək istərdim ki, qeyd edəcəyimiz əmrlər bəzi misalları əhatə edəcəyi üçün həmin əmrlərin geniş şəkildə araşdırılması məqsədə uyğundur. Eynilə gələcəkdə yarancaq çətinliklərlə bağlı bu əmrlərldən yararalanarq geniş anlazilər apara bilərik. Yəni ilkin sazlamanın təsdiqi üçün nəzərədə tutulmayıb.
Net share: bu əmr vasitəsilə qovulaqların paylaşılmasını və yaxud faktik paylaşılmış resursları görmək mümkündür. AD DS xidməti sazlanmış server üzərində bu əmr icra olunan zaman SYSVOL, NETLOGONadlı resursların paylaşıldığı təsdiqlənməlidir. Alternativ metod: Start – Run\\127.0.0.1
DNS üzərində Domain xidməti xidməti tərəfindən yaradılmış zona öz əksini tapmalıdır.
%Systemroot%\Sysvol\Domain\Policies bölməsində Default Domain policy və Default Domain Controllers policyaid GUID-lər (globally unique identifier) öz əksini tapmalıdır.