24
Desmopressin (DDAVP)
Desmopressin – vazopressinin sintetik analoqu olub (Stimate
TM), VIII faktorun səviyyəsi 5%-dən yüksək olan yüngül formalı
hemofiliyalı xəstələrin müalicəsində effektiv nəticə verir.
Desmopressin VIII faktor ehtiyyatlarını azad edərək qanda onun
səviyyəsini 2-3 dəfə artırır, bu isə cüzi qanaxma problemi olduqda
hemostazın təmin olunmasına kifayət edir. Qeyd olunan preparatın
üstünlüyü ondadır ki, o, qan məhsullarının yeridilməsinə olan
ehtiyacı azaldır.
DDAVP hemofiliya daşıyıcılarında qanaxmaların müalicəsi və ya
qarşısının alınması üçün daha faydalıdır (C)
42
.
DDAVP yalnız yüngül və ya orta-ağır formalı hemofiliya A
xəstələrində FVIII səviyyəsini müəyyən terapevtik həddə çatdırmaq
üçün istifadə oluna bilər. Belə ki, bu hallarda laxtalanma faktor
konsentratının artıq sərfi və potensial təhlükəsini azaltmaq
mümkündür (C)
22
.
Preparatın terapevtik istifadəsindən əvvəl hər xəstənin fərdi
reaksiyasını yoxlamaq lazımdır. İntranazal desmopressin istifadəsinə
qarşı reaksiya çox dəyişkəndir və gözlənilməz nəticələri çoxdur
Dostları ilə paylaş: