34
Boğaza, boyuna qansızma
Bu, təcili yardıma ehtiyac duyulan ən real vəziyyətdir.
Əhəmiyyətli dərəcədə travma və ya uyğun simptomatika varsa,
xəstənin qanında faktorun səviyyəsini dərhal qaldırmaq, simptomlar
itənə qədər faktorun səviyyəsini saxlamaq lazımdır (D)
69
(Cədvəl 5).
Müayinələrin nəticələrini gözləmədən müalicəyə başlamaq
lazımdır. Faktor səviyyəsini dərhal 80-100% (hemofiliya A) və
70-80% (hemofiliya B) qaldırmaq lazımdır. Vəziyyət stabilləşənə
qədər faktor səviyyəsi 50% (hemofiliya A); 30% (hemofiliya B)
saxlanmalıdır.
Travma və ya qansızma simptomları zamanı hospitalizasiya,
hematoloq və otorinolarinqoloqun nəzarəti göstərişdir. Ehtiyac
olduqda kompüter tomoqrafiya və ya rentgen müayinəsi həyata
keçirilə bilər.
Ağır formalı tonzillitdə antibiotiklə müalicə ilə yanaşı
qansızmaların qarşısını almaq məqsədi ilə faktorla müalicə də
aparılmalıdır.
Dostları ilə paylaş: