Microsoft Word 88 Hemofiliya



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix31.12.2021
ölçüsü0,78 Mb.
#113189
1   ...   29   30   31   32   33   34   35   36   ...   57
88 Hemofiliya

(D)

69

. 



Böyrəklərdə qansızma 

Hematuriya spontan olaraq və ya bel nahiyəsinin travması ilə 

əlaqədar yarana bilər. Hematuriya dizurik əlamətlər, böyrək sancısı 

ilə müşayiət oluna bilər ki, sonuncu da sidikçıxarıcı yollarda əmələ 

gəlmiş qan laxtaları ilə  əlaqədar baş verir. Böyrəklərin müayinəsi 

nəticəsində böyrək kapilyarlarının nekrozu, hidronefroz, pielonefrit 

kimi nefroloji pozuntular da aşkar oluna bilər. Hemofiliyalı 

xəstələrdə makrohematuriya sidik kisəsində daş, pieloektaziya, 

hidronefrozla  əlaqədar yaranır. Lakin bəzi hallarda hematuriyanın 

səbəbini aşkar etmək mümkün olmur. Bəzən hematuriya 

hidronefrozun erkən mərhələsinin yeganə simptomu olub, böyrək 

ləyəni daxilində  təzyiqin qəflətən və sürətlə enməsi nəticəsində 

yaranır. İnhibitor formalı hemofiliyalı xəstələrdə hematuriya xüsusilə 

ağır keçir. Hematuriyanın səbəblərinin diaqnostikası sonrakı müalicə 

taktikasını (konservativ və ya cərrahi ) müəyyən etməyə imkan verir. 

Antifibrinolitik dərmanların istifadəsi dayandırılmalıdır (D)

57

. 



Ağrısız hematuriyanı 48 saat ərzində yataq rejimində və bol maye 

qəbulu ilə (adi haldan 1,5 dəfə çox) müalicə etmək lazımdır. 

Əgər hematuriya ilə yanaşı  ağrı da müşahidə olunursa, 

hemofiliya A zamanı faktor səviyyəsini 50%; hemofiliya B zamanı 

isə 40%-ə yüksəltmək lazımdır. 

Əgər hematuriya halları davam edərsə və ya təkrarlanarsa (makro 

və ya mikroskopik), müayinələr aparılmalıdır. 

Xəstənin qanında faktorun səviyyəsi qaldırılmalıdır.  Əgər keçib 

getməyən makroskopik hematuriya və  ağrı varsa, qan laxtalarını, 

sidik yollarının keçiriciliyini nəzarətdə saxlamaq lazımdır (D)

57

. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin