Burun qanaxması
Adətən, faktorla əvəzedici müalicə məsləhət görülmür, çünki bu
çox zaman trombosit tıxaclarının əmələ gəlməsi ilə nəticələnir.
Xəstə başını önə doğru əyməli (qanı udmamaq üçün) və yumşaq
laxtaları xaricə çıxarmalıdır. Burunun yumşaq hissəsinə 20 dəqiqə
müddətində təzyiq etmək lazımdır.
Allergiya, KRVİ və ya mövsümi dəyişikliklər ilə əlaqədar
qansızmalarda Neo Synephrine 1-5% (dozası – 5 gün müddətinə hər
burun dəliyinə 2 damcı olmaqla) effektiv ola bilər. Nəmliyi saxlamaq
üçün burunun selikli qişasına gellərin (məsələn, vazelin) və ya duzlu
spreylərin tətbiq olunması da yaxşı nəticə verir.
Qanaxmanın tez-tez təkrarlandığı hallarda anemiyanın
diaqnostikası və müalicəsi aparılmalıdır.
Otorinolarinqoloqun məsləhəti məqsədəuyğundur.
Amikar və ya transamin turşusu tətbiq oluna bilər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|