həyat keyfiyyətini xeyli yaxşılaşdırır.
Ev şəraitində müalicə laxtalanma faktorunu əlçatan etdiyi üçün
optimal təcili müalicə aparmağa, nəticədə ağrını, disfunksiya
hallarını azaltmağa və gələcəkdəki əlillik hallarının baş verməsini
gecikdirməyə imkan verir, ağırlaşmalara görə xəstəxanaya olan
müraciətlərin sayını əhəmiyyətli dərəcədə azaldır (C)
73
.
Ev şəraitində müalicə kompleks tibbi xidmət briqadasının
nəzarəti altında aparılmalı və adekvat təlimat aparıldıqdan sonra
başlanmalıdır (C)
73
.
Təlim hemofiliya haqqında ümumi biliklərə əsaslanmalıdır:
qanaxmanın səbəbini anlamaq, ilkin yardımı bilmək, laxtalanma
faktorlarının dozalarının hesablanması, hazırlanması, saxlanması və
yeridilməsini bilmək, venaya müdaxiləni bacarmaq, qeydiyyat
aparmaq, istifadə olunmuş iynə və iti uclu alətlərin müvafiq qaydada
saxlanması və ləğv edilməsinə riayət etmək.
Venoz müdaxilə üçün implant qurğu (Port-a-Kat tipli)
inyeksiyaları xeyli asanlaşdırır və erkən yaşlı uşaqlarda profilaktik
müalicə üçün tələb oluna bilər (B)
54
.
Buna baxmayaraq, bu cür qurğuların istifadəsi ilə əlaqəli olan
cərrahi müdaxilə, yerli infeksiya, trombəmələgəlmə kimi risklər,
erkən profilaktik müalicənin üstünlükləri ilə müqayisə olunmalıdır
Dostları ilə paylaş: |