(D)
45,56,67
.
HEMOSTATİK VASİTƏLƏR
Laxtalanma faktor konsentratları
VIII faktor konsentratları
Hemofiliya A xəstəliyinin müalicəsində VIII faktor
konsentratlarına üstünlük verilir. Liofilizə olunmuş VIII faktor
müxtəlif adlarla istehsal olunur. Bu preparatlar 3 kateqoriyaya
bölünür:
a. rekombinant preparatlar
b. monoklonal, anticismlərdən təmizlənmiş preparatlar
c. orta və yüngül dərəcədə təmizlənmiş VIII faktor preparatları
Dozalanma/istifadə qaydaları
Hər bir flakonun həcmi təqribən 245-1600 BV arasında olur.
İnhibitor yoxdursa, venadaxilinə hər kiloqram bədən çəkisinə
uyğun vurulmuş VIII faktorun hər vahidi plazmada VIII faktorun
səviyyəsini təxminən 2 BV /dl artırır (D)
8
.
Preparatın yarımparçalanma dövrü təxminən 8-12 saatdır.
Hesablanan doza xəstənin qanında olan faktorun səviyyəsinin
göstəriciləri ilə uyğunlaşdırılmalıdır.
Dozanı hesablamaq üçün faktor yeridildikdən sonra hər
15 dəqiqədən bir xəstənin qanında faktorun səviyyəsini yoxlamaq
lazımdır (D)
8
.
Preparatın dozası aşağıdakı kimi hesablanmalıdır: bunun üçün
kq-la ifadə olunmuş xəstələrin bədən çəkisini 0,5-ə vurulmuş tələb
olunan faktor səviyyəsi göstəricisinə vurmaq lazımdır. Məs., 45 kq x
40 (arzu olunan faktor) x 0,5 = 900. Preparatların dozası və ya faktor
səviyyəsinin hesablanması Cədvəl 5-ə əsasən təyin olunur.
VIII faktor venadaxilinə çox asta, böyüklərdə dəqiqədə 3 ml,
uşaqlarda 100 vahidi aşmamaq şərtilə və ya preparatın məlumat
kağızında qeyd olunduğu kimi vurulur.
Fasiləsiz infuziya faktorunun qanda səviyyəsinin ən yüksək və ən
aşağı hədlərinə kəskin yüksəliş və enmələrin qarşısını alır. Buna görə
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
də ən yaxşı və ən rahat üsul kimi tövsiyə olunur. Lakin xəstələri daim
nəzarətdə saxlamaq lazımdır (C)
51
.
Dostları ilə paylaş: |