Microsoft Word 88 Hemofiliya



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix31.12.2021
ölçüsü0,78 Mb.
#113189
1   ...   22   23   24   25   26   27   28   29   ...   57
88 Hemofiliya

(C)

31

. 



Oynaq sıx olmayan sarğı ilə immobilizə olunmalıdır. 24-48 saat 

ərzində ağır yük gəzdirməkdən qaçmaq lazımdır. 



Əzələdaxili qansızma 

Hematoma – əzələ toxumasına qansızma olub, adətən, statik 

yüklənməyə daha çox məruz qalan əzələlərdə lokalizasiya olunur 

(məs., budun dördbaşlı  əzələsi, baldırın üçbaşlı  əzələsi, qalça-bel 

əzələsi). Bəzən hematomalar çox geniş miqyaslı olub, xəstədə 

anemiyanın yaranmasına gətirib çıxara bilər. Böyük hematomalar 

həmçinin,  ətraf toxumaların kompressiyası ilə  də müşayiət olunur. 

Sinirlərə  və ya əzələlərə  təzyiq göstərən hematoma hissiyyat 

pozuntusu,  əzələlərin atrofiyası  və kontrakturaların yaranmasına 

səbəb ola bilər. 

Geniş miqyaslı hematomalarla müşayiət olunan atrofik və kistoz 

dəyişikliklər uzun borulu sümüklərdə patoloji sınıqların yaranmasına 

gətirib çıxara bilər. Qalça əzələsi nahiyəsinə qansızma budun bükücü 

kontrakturasının yaranması ilə nəticələnir. Çənəaltı, boyun, əsnək və 

udlaq nahiyəsinin yumşaq toxumalarına geniş miqyaslı qansızmalar, 

yuxarı tənəffüs yollarının stenozu və asfiksiya təhlükəsi yaradır. 

Adekvat intensiv müalicə sayəsində  xəstələrin  əksəriyyətində 

hematoma tamamilə sorulur. Bəzi hallarda hematomalar “hemofilik 

psevdoşişlərə” çevrilə bilər. Bu hallarda cərrahi müalicə aparılır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




32 

Xəstə travma aldıqdan və ya ilk diskomfort əlamətlərindən sonra 

faktorun səviyyəsini mümkün olduğu qədər tez qaldırmaq lazımdır. 

Sinir-damar dəstəsinin zədələnməsi varsa, simptomlara uyğun olaraq 

faktorun müvafiq səviyyədə qalmasını 5-7 gün və ya daha çox təmin 

eləmək lazımdır (C)



(Cədvəl 5)

Müalicə məqsədi ilə öncə xəstəyə faktor konsentratın yeridilməsi, 

sonra isə onun vəziyyəti qiymətləndirilməlidir. 

Travmadan dərhal sonra və ilk simptomlar müşahidə olduqda 

faktor səviyyəsini 40%-ə qədər yüksəldilməlidir.  

Əksər hallarda 24 saatdan sonra təkrari inyeksiya aparılmalıdır. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin