Başın travması. Mərkəzi sinir sisteminə qansızma.
Hemofiliya zamanı travma nəticəsində baş beyin və onurğa
beyni, eləcə də onların qişalarına qansızma baş verə bilər. Ayrı-ayrı
hallarda bu növ qansızmaların səbəbi hipertonik kriz və
trombositlərin hemostatik funksiyasını pozan preparatların (məs.,
aspirin, butadion) qəbulu ola bilər. Kəllə travması almış hemofiliyalı
xəstədə ocaqlı simptomatikanın yaranması təcili surətdə antihemofil
preparatların tətbiq olunması və nevroloqun nəzarəti altında stasionar
müalicənin aparılması zərurətini yaradır. Hemofiliyalı xəstədə
yuxuculluq və ya qeyri-adi baş ağrısının müşahidə olunması baş və
ya onurğa beyninə mövcud qansızmaların simptomları olub, xəstənin
təcili hospitalizə olunmasına göstərişdir.
Kəllənin posttravmatik zədələnmələri və güclü baş ağrıları beyinə
qansızma kimi müalicə olunmalıdır.
Əgər xəstə kəllə-beyin travması alıbsa və ya travmanın
simptomları varsa, dərhal faktorun səviyyəsini qaldırmaq lazımdır.
Sonrakı dozalar vizual müayinələrin nəticələrindən asılıdır.
Etiologiya təyin olunana qədər faktorun səviyyəsini müəyyən həddə
saxlamaq lazımdır. Əgər qansızma təsdiq olunursa, 10-14 gün
ərzində faktorun adekvat səviyyədə qalmasını təmin eləmək lazımdır
(D)
3,5
(Cədvəl 5).
Təcili olaraq faktor səviyyəsini hemofiliya A zamanı 80-100%;
hemofiliya B zamanı 70-80% yüksəltmək lazımdır. Xəstənin
vəziyyəti yaxşılaşana qədər faktor səviyyəsini hemofiliya A zamanı
50%; hemofiliya B zamanı 30% saxlamaq lazımdır.
Təcili tibbi qiymətləndirmə tələb olunur. Baş beynin kompüter
tomoqrafiyası və ya MRT aparılmalıdır. İlkin mərhələlərdə xəstə
nevroloq məsləhətindən (və ya müayinəsindən) keçməlidir (D)
79
.
Əgər kəllə-beyin travmasına şübhə varsa, öncə faktor
konsentratları ilə müalicə, sonra isə diaqnostika aparılmalıdır.
Güclü baş ağrıları zəif immuniteti olan xəstələrdə meningitin
əlaməti ola bilər.
Kəllədaxili qansızmalar, xüsusən təkrari qanaxma ehtimalı
yüksəkdirsə (məs., İİV-infeksiya fonunda), uzunmüddətli ikincili
profilaktikaya (3 aydan 6 aya qədər ) göstəriş ola bilər (C)
80
.
Dostları ilə paylaş: |