(D)
15
►
göstəriş varsa, cərrahi əməliyyat etmək
►
psevdoşişin aspirasiyası və fibrin yapışqanın inyeksiyası,
arterial embolizasiya və ya rentgenterapiya bəzi
zədələnmələrin sağalmasına kömək edə bilər. Digər hallarda
cərrahi əməliyyat tələb oluna bilər (D)
16
►
iri ölçülü və sümükləri eroziya edən psevdoşişlərin müalicəsi
zamanı, ətrafların amputasiyası da daxil olmaqla, cərrahi
əməliyyatı yalnız hemofiliyanın müalicəsində təcrübəsi olan
tibbi briqada aparmalıdır.
Sınıqlar
Aşağı intensivlikli fiziki aktivlikləri və az hərəkət etmə
qabiliyyətləri olduğu üçün hemofiliyalı xəstələrdə sınıqlara tez-tez
rast gəlinmir.
Lakin hemofilik artropatiyalı xəstədə hərəkət
amplitudunun azlığı və sümüklərdə osteoporozla yanaşı, oynaq
ətrafında sınıqlara rast gəlinə bilər.
Sınığın müalicəsi üçün dərhal faktor yeridilməsi tələb olunur
Dostları ilə paylaş: |