Cədvəl 1. Qanaxmanın ağırlıq dərəcəsinin laxtalanma
faktorunun səviyyəsi ilə nisbəti
28
Ağır forma
Orta ağır forma
Yüngül forma
Adətən, faktorun
aktivliyi <1%
Faktor aktivliyi
1-5%
Faktor aktivliyi >5-40%
Spontan qanaxmalar
xarakterdir
Kiçik zədələnmələrdən
vaxtaşırı qanaxmalar
ola bilər
Ciddi zədələnmə,
cərrahi müdaxilə,
invaziv əməliyyatlar
zamanı qanaxma ola
bilər
Həftədə 1-2 dəfə
qanaxma ola bilər
Ayda 1dəfə qanaxma
ola bilər
Ciddi zədələnmə olmasa
heç vaxt qanaxma
problemi olmur
Oynaqların
zədələnməsi
(hemartrozlar)
Oynaqların
zədələnməsi ola bilər
Oynaqlar nadir halda
zədələnir
DİAQNOSTİKA
Ailə anamnezi – təxminən 2/3 qism xəstələrin yaxın
qohumlarında (kişilərdə daha çox, nadir halda qadınlarda)
hemorragik əlamətlər aşkar olunur.
Şəxsi anamnez – xəstədə hemorragik əlamətlər üzə çıxa bilər.
Şəxsi anamnezi toplayarkən aşağıdakılara fikir vermək lazımdır:
neonatal dövrdə hemorragiyalar (kefalohematoma, kəllədaxili
qansızmalar, göbək yarasının gec sağalması və qanaxması)
südəmər uşaqlarda travma ilə əlaqəsi olmayan göyərmələr,
yumşaq toxumaların hematoması
Ümumiyyətlə, travmanın ağırlıq və ya yüngüllük dərəcəsinə
uyğun olmayan hemorragiyalar, ilkin dayandırıldıqdan sonra
qanaxmanın səbəbsiz residivi, massiv və çoxsaylı hematomalar,
sistem hemorragik əlamətlər, spontan hemorragiyalar həkimin
diqqətini cəlb eləməlidir.
Dostları ilə paylaş: |