13
Cədvəl 3. Bədənin müxtəlif sahələrində qansızmaların rastgəlmə
tezliyi
28
Bədən sahələri Rastgəlmə tezliyi
Hemartroz
Daha çox aşıq-baldır, diz,
dirsək oynaqları
Daha az bazu, bilək və bud-
qalça oynaqları
70-80%
Əzələlər 10-20%
Digər iri qansızmalar 5-10%
Mərkəzi sinir sistemi
<5%
MÜALİCƏ
Hemofiliyalı xəstələrin müalicəsinə kompleks yanaşma fiziki və
psixoloji sağlamlığı, həyat keyfiyyətini yaxşılaşdırır, ağırlaşmaların,
ölüm hallarının azalmasına səbəb olur (C)
82
.
Hemofiliyalı xəstələrin
müşahidəsi və müalicəsi müxtəlif profilli mütəxəssislər qrupu ilə
aparılmalıdır, o cümlədən hematoloq, pediatr, ortoped, stomatoloq,
fizioterapevt, müalicəvi bədən tərbiyə (MBT) həkimi, psixoloq (C)
82
.
Hematoloq, ortoped və stomatoloq baxışı ildə 2 dəfədən az, digər
mütəxəssislər – ildə 1 dəfədən az olmamalıdır. Bu mütəxəssislərin
əsas məqsədi hemofiliyalı xəstələrin fiziki və psixi sağlamlığını
saxlamaqdır.
Hemofiliyalı xəstələrin müşahidəsi ixtisaslaşdırılmış mərkəzə
bağlı olmalıdır (D)
82
.
Klinik formasından asılı olmayaraq xəstənin və
onun gün ərzində müraciət etdiyi digər ixtisas həkimlərinin
hemofiliyalı xəstələrlə iş təcrübəsi olan hematoloqla əlaqə yaratmaq
imkanı olmalıdır.
Dostları ilə paylaş: