Microsoft Word 88 Hemofiliya



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix31.12.2021
ölçüsü0,78 Mb.
#113189
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
88 Hemofiliya

Tibbi xidmətin təşkili 

Ambulator-poliklinik yardım – xəstəliyin aşkar olunması, 

diaqnostikası, müalicəsi və xəstələrin dispanser nəzarətini, həmçinin 

ailədə yeni xəstə  uşaq hallarının olmaması üçün tibbi-genetik 

məsləhətləri  əhatə edir (Əlavə  1). VIII və IX faktorların venadaxili 

yeridilməsi ambulator-poliklinik müəssisələrdə tibb işçiləri, təcili 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




14 

yardım mütəxəssisləri, həmçinin ev şəraitində  xəstənin özü və ya 

ailənin müvafiq təlim keçmiş üzvləri, valideynləri tərəfindən həyata 

keçirilir. 



Stasionar müalicə  –  hematoloji mərkəz və çoxprofilli 

xəstəxanaların cərrahi, ixtisaslaşmış ortopedik şöbələrində, həmçinin 

hemofiliyanın klinik əlamətlərindən asılı olaraq müalicə-profilaktik 

müəssisələrinin profil şöbələrində aparılır. 



Təcili hospitalizasiya – həyati vacib orqanlarına qansızması olan 

xəstələrə (başın travması, baş beyin, onurğa beyinə qansızma, bel, 

boyun nahiyəsində travma, mədə-bağırsaq qanaxması, peritonarxası 

hematomalar, massiv hematuriya) və  kəskin cərrahi patologiyaları 

olan xəstələrdə (kəskin appendisit, deşilmiş xora, peritonit, dalağın 

cırılması və s. kimi hallarda) hematoloq baxışı, əvəzedici terapiya və 

lazımi müayinələr imkanı olan müalicə müəssisələrinin profil 

şöbələrində aparılır.  İnstrumental müayinə üsulları VIII və ya IX 

laxtalanma faktorunun 50%-dən az olmamasını tələb edir. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin