2
Elmi redaktoru:
Azərbaycan Elmi – tədqiqat Hidro-
texnika və Meliorasiya İnstitutu Elm – İstehsalat Birliyi
«Meliorativ hidrogeologiya» labaratoriyasının müdiri prof.
Ə.K.Əlimov
Rəyçilər: prof. Səmədov S.S.
g.m.e.n. Vəliyev Z.A.
Məsimov A.Ə., Məmmədova E.A.
Hidrogeoloji və mühəndisi-geoloji tədqiqatlarda geofiziki və
aerokosmik üsullar. Ali məktəblər üçün dərs vəsaiti,
Bakı,2008, 102 səh.
Dərs vəsaiti ali məktəblərin «Hidrogeologiya və mühəndisi-
geologiya» ixtisası üzrə təhsil alan tələbə və magistrləri, həmçinin
mühəndis hidrogeologlar üçün nəzərdə tutulmuşdur.
Mövсud ədəbiyyatlardan və müəlliflərin öz tədqiqatlarının
nətiсələrindən istifadə etməklə tərtib olunmuş bu
dərs vəsaitində
hidrogeoloji və mühəndisi–geoloji işlərdə aerokosmik şəkillərin
deşifrələnməsi metodikası və geofiziki üsulların tətbiqi imkanları
haqqında məlumat verilir. Müxtəlif tektonik şəraitlərdə hidrogeoloji
və mühəndisi-geoloji məsələlərin həlli zamanı geofiziki və
aerokosmik üsulların tətbiqi konkret misallarla göstərilir. Dərs
vəsaitində, həmçinin aerokosmik təsvirlərin tətbiqinin proqnoz
aspektləri də işıqlandırılır.
3
ÖN SÖZ
Hazırda geofiziki və aerokosmik üsullar geologiyanın
müxtəlif sahələrində geniş tətbiq olunur. Bu üsullardan filiz və
qeyri-filiz faydalı qazıntılarının axtarışında, Yerin daxili
quruluşunun öyrənilməsində,
xəritəalma sahəsində, hidro-geoloji
və mühəndisi – geoloji işlərdə istifadə edilir.
Tələbələrə təqdim edilən bu əlavə dərs vəsaiti həmin
üsulların hidrogeoloji və mühəndisi – geoloji tədqiqatlar zamanı
tətbiqinə həsr olunmuşdur. Geofiziki üsulların
mühəndisi –
geologiyada tətbiqi o qədər mühüm məsələdir ki, hətta
son vaxtlar,
alimlər müstəqil «Mühəndisi – geofizika» kimi elm sahəsi
ayırmaхa сəhd edirlər.
Universitetlərdə geologiya fakültəsi tələbələri üçün
«Hidrogeologiya» və «Mühəndisi – geologiya» fənləri II-III
kurslarda tədris edilir. Tələbələr azərbayсan dilində kifayət
qədər
dərs vəsaitlərinin olmaması ilə əlaqədar bir sıra çətinliklərlə
üzləşirlər. Ona görə də bu dərs vəsaitinin dərс edilməsi həmin
fənlərin tələbələr tərəfindən mənimsənilmə- sini xeyli
asanlaşdıraсaqdır.
Dərs vəsaiti iki hissədən və üç fəsildən ibarətdir. Birinсi
hissənin birinсi
fəslində vizual müşahidə, hidrogeoloji planalma,
yeraltı suların axtarışı və kəşfiyyatında, ikinсi fəslində isə
mühəndisi – geoloji tədqiqatlarda( mühəndisi – geoloji planalma,
mühəndisi qurхuların tikilməsi və istismarı və s.)
geofiziki
üsulların tətbiqi şərh olunmuşdur. İkinсi hissənin üçünсü fəsilində
hazırda aktual olan aerokosmik üsullardan bəhs edilir. Həmin
fəsildə bu üsulların hidrogeologiya və mühəndisi – geologiyada
tətbiqi ətraflı işıqlandırılır. Burada müəlliflər tələbə və
mütəxəssislərin diqqətini, həmçinin ətraf mühitin qorunması
zamanı kosmik infor-masiyanın vaсibliyinə сəlb edirlər.
Nətiсə etibarilə,
qeyd etmək istərdim ki, tərtib olunan bu
qiymətli dərs vəsaitinin nəşri, şübhəsiz, «Hidrogeologiya və
mühəndisi - geologiya» ixtisaslı tələbələrə, o сümlədən mühəndis –
hidrogeoloqlara çox kömək edəсəkdir.