yerləşdirilməlidir ki, bunun üçün də müəyyən sahənin səthinin
düz olması tələb olunur.
EP üsulu ilə yer səthində intensiv çat zonalarının
təyinində olduğu kimi, elektrik karotajının köməyi ilə quyu
kəsilişlərində də çatları qeydə almaq mümkündür.
Sulu çatların müəyyənləşdirilməsində PS üsulu üzrə
karotaj, o cümlədən, rezistivimetrik və termometrik müşahi-
dələr istifadə olunur. Eyni zamanda, seysmoakkustik və
radioaktiv karotajın bəzi növlərindən də istifadə etmək
mümkündür.
Bütövlükdə geofiziki və xüsusilə, geoelektrik üsullar
çatlılığa qarşı çox həssasdır. Bu halda qarşıya çıxan çətinlik
anomaliyaların üzə çıxması deyil, onların birmənalı
oxunmasının mümkün olmamasıdır.
Dostları ilə paylaş: