quruluşunun aşkar edilməsi və donmuş süxurlararası və donmuş
süxurlaraltı yeraltı suların axtarışı və kəşfiyyatı).
Donma hadisələri və proseslərinin öyrənilməsi ilə bağlı
xüsusi qrup məsələlər də vardır, o cümlədən fəsillik donmanın
və ərimənin dinamikası, suyun buz üzərinə çıxıb donması
prosesləri, qabarma (şişmə), termokarstlar, şaxtadan buzun
çatlaması və s. Bu məqsədlər üçün xüsusi geofiziki rejim
müşahidələri tətbiq edilir. Qlyasioloji tədqiqatlarda geofiziki
üsullar buzlaqların qalınlığının və onların dabanının
morfologiyasının təyini, onların daxili quruluşunun öyrənilməsi,
gizli çatların aşkarı, buzlaq altın-da yatan süxurların
quruluşunun və digər xüsusiyyətlərinin aşkar edilməsi üçün
istifadə edilir.
Çoxillik donmuş süxurların yayıldığı şəraitdə faydalı
qazıntıların axtarışı və kəşfiyyatı zamanı tətbiq edilən geofiziki
üsullar və aşağıda baxacağımız donma – geofiziki şəraitdə
tətbiq edilən üsullar istifadə edilir.
Dostları ilə paylaş: