2.10. Donmuş və donu açılmış süxurların
xəritəsinin tərtib edilməsi
Donuşluq zonanın xəritələnməsi və rayonlaşdırılması
üçün, yəni təmasların, tektonik qırılmaların, müxtəlif
geokrioloji xüsusiyyətli donmuş süxurların yayılma sərhədlərini
və həmçinin donu açılmış süxurların yayılma sahələrini aşkar
etmək üçün müxtəlif geofiziki profilləmə üsulları tətbiq edilir:
a) aerofiziki (xüsusilə, aeromaqnit) və qravimetrik
planalma; b) elektrik və elektromaqnit profilləmələri (təbii sahə
üsulu (TP)), fərz olunan müqavimət (FM), yaradılmış
polyarlaşma (YP), elektrik sahəsinin təmassız ölçülməsi
(ESTÖ), dipol elektromaqnit (DEMP), yüksəktezlikli fasiləsiz
(YTES-PK); v) infraqırmızı planalma (IQP) və termometriya
(şpurlarda və quyularda temperaturun ölçül-məsi).
Bu məqsədlər üçün əsas informasiyanı elektromaqnit
(ŞEZ, BS) və seysmik (SDÜ, ƏDÜ) zondlama və quru
quyularda QGT-n (bu şəraitdə yura mayeləri ilə karotaj
süxurların həqiqi fiziki xüsusiyyətləri haqda həqiqi məlumat
vermir) köməyi ilə alırlar.
Donuşluq zonalarının xəritələnməsi məsələsini daha
dəqiq həll etmək üçün, iki-üç geofiziki üsul istifadə edilir (o
cümlədən, termik planalma). Üsulun seçilməsi donuşluq –
geofiziki, geomorfoloji şəraitdən və həmçinin kəşfiyyatın
dərinliyindən asılıdır. Iş aparmaq üçün ən az dərinlikli (10 m-ə
yaxın), əlverişli qış mövsümü, əlverişsiz yerüstü şəraiti olan
rayonlarda (ana süxurların çıxışı və s.) HUD – RK, YTES, IQP
kimi geofiziki üsulların tətbiqi məqsədəuy-ğundur. Bir neçə on
metrdən çox dərinlikli sahələrdə TP, DEMP, ESTÖ, ilkin bir
neçə yüz metrlikdə isə –EP, YP, həmçinin qravimaqnit
kəşfiyyatı və zondlama üsulları üstünlük təşkil edir. Elektrik və
elektromaqnit profilləmənin dərinliyi qidalandırıcı və
qəbuledici xətlər arasındakı köçürülmənin dəyişməsi və istifadə
olunan elektrik sahəsinin tezliyi ilə idarə olunur.
Sistem və müşahidə şəbəkəsi miqyasdan, işin məqsədli
istiqamətləndirilməsindən, donuşluq – geofiziki və
geomorfoloji şəraitin xüsusiyyətlərindən asılıdır. Kiçik və
ortamiqyaslı donuşluq – geofiziki planalma işlərini landşaft -
donuşluq planalması və aerokosmik şəkillərin deşifrələn-məsi
zamanı aşkar edilmiş xüsusi sahələrdə aparırlar. Irimiqyaslı və
dəqiq geofiziki planalmada landşaft – donuşluq planalması
zamanı ayrılmış sahələrin sərhədlərinə və relyef elementlərinin
uzanmasının əksinə istiqamətlən-dirilmş profillərlə sahəvi
müşahidələr aparırlar. Aldığımız xəritənin müqyasında
profillərarası məsafə 1-2 sm, müşahidə addımları isə yer
səthində 1-10 m olur.
Geofiziki profilləmənin müxtəlif üsullarının qrafiklərinin
interpretasiyası keyfiyyətlidir və qrafiklərdə və xəritələrdə
anomaliyaların müşahidə olunmuş parametr-lərinin ayrılmasına
gətirib çıxarır (çox vaxt donmuş süxurları aşkar edən
maksimumlar, müxtəlif səviyyəli sahələr və s.)
Nəticələri təhlil edərkən donuşluq – geoloji
informasiyaya əsaslanmaq, bu və ya digər geofiziki və donuşluq
parametrləri (buzluluq, litologiya və s.) arasında korrelyasiya
əlaqəsi aşkar etmək lazımdır.
|