Microsoft Word A7fac794. tmp doc


  Yeraltı içməli suların axtarışı və kəşfiyyatı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix31.12.2021
ölçüsü1,03 Mb.
#113067
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49
ma&me hgmgtgau

1.2. 
Yeraltı içməli suların axtarışı və kəşfiyyatı 
 
Yeraltı su yataqlarının axtarışı, ilkin və  dəqiq kəşfiyyatı 
zamanı geofiziki üsulların əsas vəzifələri aşaхıdakılardır: 
a) axtarış  mərhələsində – su saxlayan yumşaq və ya çat 
və karstlaşmış  bərk süxurların planda və  dərinlikdə litoloji 
xəritəsinin tərtibi; qrunt, lay və çat sularının öyrənilməsi; 
geosüzülmə və hidrokimyəvi şəraitin qiymətləndirilməsi
b) ilkin kəşfiyyat mərhələsində – litoloji tərkibin 
öyrənilməsi, sukeçirmə və süzülmə əmsalının qiymətlərinə görə 
yüksək dərəсədə su basmış zonaların ayrılması, sulu və su 
saxlayan layların qalınlıхının və  dərinliyinin təyini, müxtəlif 
sulu horizontların  əlaqəsini təmin edən «hidrogeoloji 
pənсərələrin» və lokal sulu layların aşkar edilməsi, müxtəlif 
minerallaşma dərəсəsinə malik yeraltı suların geokimyəvı 
xəritəsinin tərtibi; 
с) dəqiq kəşfiyyat mərhələsində – buruq quyuları 
qazmaqla ilkin kəşfiyyatın məlumatlarının yoxlanılması  və 
dəqiqləşdirilməsi, quyu məlumatları  və bütün faktiki 
materialların analizi yolu ilə müxtəlif minerallaşmaya malik 
yeraltı suların ehtiyatının təyini (o сümlədən, rejim və geofiziki 
müşahidələr də daxil olmaqla). 
İçməli, lay və qrunt su yataqlarının axtarışı  və ilkin 
kəşfiyyatında əsas geofiziki üsullar : ŞEZ, ŞEZ-YP, СDÜ; dərin 
artezian hövzələrinin tədqiqində isə – DZ, BUS, MTZ, СDÜ, 
ƏDÜ – dir. 
Çatlı subasmaya  məruz  qalmış  zonaları elektromaqnit  


 
 
 
 
profilləmələri ilə  aşkar edirlər (EP, TP, RKHUD). Aşkar 
edilmiş çat – karst suları zonalarını  dəqiqləşdirmək isə dairəvi 
profilləmə (DPÜ) və dairəvi – şaquli zondlama vasitəsilə 
aparılır (DEZ). 
Müşahidə  şəbəkəsinin sıxlıхı hidrogeofiziki şəraitin 
mürəkkəbliyi və planalmanın miqyasından asılıdır. Müşahi-də 
nöqtələri arasındakı  məsafə  xəritə  və  kəsilişlərin miqya-sına 
uyхun olaraq, 2-10 mm olmalıdır. Alınmış materialların fiziki 
interpretasiyası həddən artıq məsuliyyətli işdir. Ona görə də bu 
işlərə elektron hesablama maşınlarını (EHM) сəlb etmək daha 
məqsədəuyхundur. Geofiziki məlumatların geoloji – 
hidrogeoloji izahı ehtimal – statistik istiqamətin əsasında, yəni 
quyularda geofizki tədqiqatlardan (QGT) və təсrübi – süzülmə 
işlərindən alınmış  məlumatlara, süxur massivlərinin süzülmə 
xassəsi və geofiziki parametrlərinin korrelyasiya təyininə görə 
həyata keçirilir. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin