Mühəndisi – geoloji tədqiqatları əksər hallarda
planalmanın (xəritələmənin) orta-, irimiqyaslı- və dəqiq
tədqiqarlar mərhələsində tətbiq edirlər. Əsas məqsədlər və
tətbiq edilən kompleks üsullar 1-сi сədvəldə göstərilmişdir.
Geofiziki müşahidə üsulu, planalmanın lazımi dəqiqliyindən
asılı olaraq seçilir. Sahəvi planalma zamanı müşahidə şəbəkəsi
elə seçilir ki, profillərarası məsafə təxminən 1 sm, müşahidə
addımları isə 1 mm-ə yaxın olsun (tərtib edilən xəritənin
miqyasına əsasən).